Mayın 21-də Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə ilk dəfə keçirilən Peşəkar Çövkən Liqasının açılış mərasimi olub.

TEZADLAR.AZ xəbər verir ki, bu gün Peşəkar Çövkən Liqasının 1-ci turunun ilk 2 oyunu keçirilib.

e

Binə Atçılıq Mərkəzində reallaşan tədbirdə ARAF-ın prezidenti Elçin Quliyev qədim tariximizin təcəssümü olan Qarabağ atlarının iştirakı ilə keçirilən bu turnirin Azərbaycanda çövkənin gənclər arasında təbliğatında böyük rol oynayacağını bildirib. Çövkənin qədim tarixindən bəhs edən federasiya rəhbəri hər il ənənəvi olaraq baş tutan Prezident Kubokunun və Beynəlxalq Çövkən Federasiyasının təsis edilməsinin ölkədə bu idman növünün inkişafına müsbət təsir göstərəcəyini vurğulayıb.

Sonra Azərbaycan Dövlət Himni səsləndirilib.

Gənclər və idman naziri Fərid Qayıbov Binə Atçılıq Mərkəzinin yerli və beynəlxalq yarışlara ev sahibliyi etməsinin sevindirici hal olduğunu diqqətə çatdırıb.

Rəsmi çıxışlardan sonra iştirakçı komandaların atlı paradı baş tutub.

atciliq-yarish

Bədii hissə ilə davam edən mərasimdə Qarabağ atlarının bu il Böyük Britaniyada “Vindzor Kral Atçılıq Şousu”nda nümayiş etdirdiyi şou-kompozisiyası izləyicilər tərəfindən maraqla qarşılanıb.

Daha sonra "Ağstafa Dilbaz" və "Zəfər" komandaları arasında görüş start götürüb.

Liqanın 1-ci turunun qalan 3 oyunu isə 22 may 14:00 tarixdə eyni məkanda davam edəcək.

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN