Portuqaliyanın Santarem şəhərində keçirilən batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə “Scalabis Cup” adlı beynəlxalq turnir başa çatıb.

Gənclər və İdman Nazirliyinin Mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, Azərbaycan gimnastları yarışı 8 medalla başa vurublar.

Milli komandamızın üzvləri 6 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar. Tamblinqdə Tofiq Əliyev, Adil Hacızadə və Bilal Qurbanov ibarət heyət komanda hesabında, Adil Hacızadə, Aleksey Karataşov isə fərdi yarışlarda fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Tofiq Əliyev gümüşə yiyələnib.

Batut və ikili mini-batut gimnastikası Hüseyn Abbasov 2, Ammar Baxşalıyev 1 qızıl qazanıb. Nicat Mirzəyev turniri 3-cü pillədə başa vurub.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA