AVRO-2020-də 1/4 final mərhələsinə yekun vurulur.

Bu gün raundun daha iki oyunu keçiriləcək.

Bununla ikinci yarımfinal cütlüyü müəyyənləşəcək.

Günə Azərbaycandakı oyunla start veriləcək. Turnirin Bakı Olimpiya Stadionunda baş tutacaq son qarşılaşmasında Çexiya ilə Danimarka görüşəcək. Hərəyə bir dəfə qitə çempionu olan yığmalar yarımfinala vəsiqə üçün mübarizə aparacaq.

Mərhələyə Romada yekun vurulacaq. İndiyədək heç vaxt Avropa çempionu olmayan İngiltərə Ukrayna ilə qarşılaşacaq. Turnirdə hələ də qol buraxmayan ingilislər yoluna davam edəcəyi təqdirdə, yarımfinal və final matçını öz meydanlarında keçirmək imkanına malik olacaqlar.

Qeyd edək ki, AVRO-2020-nin yarımfinal oyunları iyulun 6-7-də keçiriləcək.

AVRO-2020
1/4 final
3 iyul
20:00. Çexiya – Danimarka
Baş hakim:
Byörn Kuypers (Niderland)
Bakı Olimpiya Stadionu

23:00. Ukrayna – İngiltərə
Baş hakim:
Feliks Brix (Almaniya)
Roma Olimpiya Stadionu

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN