Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına marşalların, generalların və admiralların 70 yaşına çatdıqdan sonra hərbi xidmət müddətini uzada biləcək qanun layihəsi təqdim edib.

"Hərbi vəzifə və hərbi xidmət haqqında" mövcud Federal Qanunun 49-cu maddəsinə əsasən, Rusiya Federasiyasının marşalı, ordu generalı, donanma admiralı, general — polkovnikin, admiralın xidmətdə son yaş müddəti 65 ildir.

 İzahedici qeyddə qeyd olunur ki, bəzən "ən təcrübəli və yüksək ixtisaslı hərbçilərlə mövcud yaşdan (65) sonra  müqavilənin uzadılması zərurəti yaranır.

Putinin bu təklifi çox orjinal,eyni zamanda başa düşünülməyən bir təklifdir. İnsanın 70 yaşdan sonra hərbi qulluğa yararlı olması bioloji cəhətdən mümkün deyildir. Söz yox ki, bu  yaşda insanın “aktiv” fəal göstərməsi yalnız kağız üzərində ola bilər. Marşal, general lap ölənə kimi “qulluq” edə bilər. Çünki bu vəzifdə onlara xüsusi xidmət ( çaküzili- filan kabinet, sauna, bar və s.)göstərilir. Necə deyərlər, süd gölündə üzürlər.Öləndə də elə kabinetdə,saunada, qolf meydançasında, barda ölürlər. 70 yaş elə ölümün astanası sayılır.

Məsələnin 2-ci tərəfi, mənəvi məsələdir. Axı bu yaşda insanı zora salmaq olmaz. Əslində bu yaşa çox nadir insanlar çatır. Bioloji faktor özünü göstərir. Marşal, general,admiral da olsan, bir ayağın o biri  tərəfdə olur.

Üçüncü məsələ ondan ibarətdir ki, vaxtilə bu adamların dövlət üçün böyük xidmətləri olubsa,onu 65 yaşdan da qabaq göndər getsin bağda-bağçada,bostanda zadda qurdalansın, ömrünün qalan hissəsini mənalı başa vursun.

Bu kateqoriya hərbi qulluqçuların böyük təcrübəyə malik olması göstərilir. Ola bilsin. Amma bu təcrübələrin tarixi 30-40 il əvvələ təsadüf edir.İndi o təcrübələrdən heç kim istifadə etmir. Başqa sahələrdə olduğu kimi, hərbi də yeni, kompüterlə,peyklər vasitəsi ilə idarə edilən silahlardan istifadə edilir və marşalların,generalların onlardan anlayışı belə yoxdur.

 Sonda, Putininin bu təklifinin Dövlət Dumasından keçib-keçməyəcini gözləyək və  əgər keçərsə, o zaman 70 yaşda hərbi qulluğa davam etmənin nə ilə nəticələyəndinin şahidi olarıq.

Şakir QURBANOV    

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN