Gürcüstan daha bir siyasi qalmaqalın bir addımlığındadır, amma...

Ölkə prezidenti Salome Zurabişvili "Xarici təsir agenti" adlı qanun qəbul edilərsə, ona veto qoymaq niyyətindədir. Tezadlar.az Prezidentin Administrasiyasının rəsmi saytına istinadla bildirir ki, bu barədə Prezident gender bərabərliyi üzrə illik siyasi forumda çıxışı zamanı bildirib. Onun sözlərinə görə, sözügedən qanun layihəsi Gürcüstanı Avropadan ayırır: “Burada çox sayda qeyri-hökumət təşkilatları olduğu üçün, jurnalistlərin çaşqınlığa düşməməsi üçün deyim ki, hazırda müzakirə edilən qanunun qəti əleyhinəyəm. Mən bu qanunu müzakirə etməyəcəyəm və veto hüququmdan istifadə edəcəm!. Bu qanun bizi Avropadan uzaqlaşdırmaq üçündür. Ona görə də bu, mənim üçün qəbuledilməzdir”.

Tezadılar.az bir daha xatırladır ki, "Gürcü Arzusu"nu tərk edərək "Xalqın Gücü" hərəkatının təməlini qoyan bir qrup deputat parlamentə "Xarici təsir agenti" adlı qanun layihəsi təqdim edib. Sözügedən qanun layihəsi gəlirlərinin 20%-dən çoxunun xaricdən maliyyələşən QHT və media qurumlar "xarici təsir agenti" olaraq Dövlət Reyestrinin Milli Agentliyi tərəfindən qeydiyyata alınmalı olacaq. Qanunda nəzərdə tutulmuş öhdəliyin yerinə yetirilməməsi cərimə və ya 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Bu məsələ ABŞ-ın Gürcüstandakı səfirini də havalandırıb, bunu Gürcüstanın indiyədək qazandıqlarını itirəcək halda olacağını bəyanatla bildirib.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN