İsveçin xarici işlər naziri Tobias Billström türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə Stokholmun NATO-ya qəbulu məsələsini müzakirə edəcək.
Tezadlar.az xəbər verir ki, bu barədə “Reuters” isveçli nazirə istinadən məlumat yayıb.
Billström Rəcəb Tayyib Ərdoğanı yenidən prezident seçilməsi münasibətilə təbrik etmək üçün Çavuşoğlu ilə əlaqə saxladığını bildirib.
"O, çox tez cavab verdi və təsdiq etdi ki, biz əlaqə yarada və NATO məsələsini müzakirə edə bilərik", - diplomat bildirib.
Qeyd olunur ki, xarici işlər nazirləri cümə axşamı, iyunun 1-də Osloda NATO xarici işlər nazirlərinin görüşündə danışıqlar aparacaqlar.
E.ŞİRİNOV