İyunun 20-də 44 günlük müharibənin təfərrüatlarının araşdırılması üzrə komissiyanın iclasında Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla atəşkəsə nail olmaq üçün öz hərəkətlərini detallı şəkildə təqdim edib.

Paşinyan ətraflı çıxışında üçtərəfli bəyanatı niyə imzaladığını və müharibənin noyabrın 9-da niyə başa çatdığını izah edib. Paşinyan Şuşanın süqutunun strateji əhəmiyyətini vurğulayaraq, bunun təkcə simvolik əhəmiyyət daşımadığını, həm də Stepanakert  (Xankəndi-red.), Martuni və mühasirəyə düşə biləcək təxminən 25000 əsgərə mühüm təhlükə yaratdığını qeyd edib.

Paşinyan etiraf edib ki, üçtərəfli bəyanatın imzalanması hərbi əməliyyatları dayandırmaq üçün beşinci cəhd olub. O, oktyabrın 7-də Rusiya prezidenti Vladimir Putini doğum günü münasibətilə təbrik etmək üçün ona zəng etdiyi gün ilk cəhddən danışıb.

Söhbət zamanı Putin atəşin dayandırılmasında vasitəçilik etmək niyyətində olduğunu bildirib. Paşinyan atəşin qeyd-şərtsiz dayandırılmasını təklif edərək razılaşıb. Lakin sonrakı müzakirələr zamanı Putin ona bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev bu təklifi qəbul etməyib.

Sonrakı danışıqlar oktyabrın 8-də baş tutub və Putin Paşinyana məlumat verib ki, Azərbaycan oktyabrın 10-dan atəşin dayandırılmasına razılıq verib. Ermənistan, Azərbaycan və Rusiyanın xarici işlər nazirləri atəşkəsi, əsirlərin və həlak olanların cəsədlərinin mübadiləsini müzakirə etmək üçün oktyabrın 9-da Moskvada toplaşıblar. Sonradan bəyanat qəbul edilib və orada bildirilib ki, oktyabrın 10-dan humanitar atəşkəsin bərqərar olub və mahiyyəti üzrə danışıqlara başlanılıb.

Razılaşmaya baxmayaraq, Azərbaycan Stepanakert, Martakert və Hadrut da daxil olmaqla müxtəlif istiqamətlərdə hücuma başlayıb. Paşinyan diplomatik səylərlə atəşkəsin dəstəklənməsini həvalə edib, eyni zamanda Azərbaycan ordusunun hücumunun qarşısının  alınması üçün tədbirlər görüb.  Rusiya hərbi müşahidəçilərinin təmas xətti boyunca yerləşdirilməsinin mümkünlüyü nəzərdən keçirilib, lakin Azərbaycan bu məsələ ilə bağlı qərar qəbul etməkdən yayınıb.

Paşinyan danışıb ki, oktyabrın 13-də Rusiya prezidenti Putindən müharibəni dayandırmaq üçün atmalı olacağı addımlar barədə birbaşa soruşub. Oktyabrın 16-da növbəti müzakirələr zamanı Putin Dağlıq Qarabağın statusunu dəqiqləşdirmədən beş rayonun qaytarılması barədə söhbətə başlamağı təklif edib. Paşinyan bu ideyanı öyrənməyə razılıq verib və oktyabrın 17-də Fransa prezidenti Emmanuel Makron ona bildirib ki, Əliyev ilkin şərtlər olmadan atəşkəsə razılıq verib. Paşinyan bu təklifi qəbul edib və üçtərəfli bəyanat Rusiyanın dəstəyi ilə Fransa, Ermənistan və Azərbaycan tərəfindən razılaşdırılıb.

Lakin atəşkəs rejiminə əməl olunmayıb və Azərbaycan öz hərbi əməliyyatlarını davam etdirib. Oktyabrın 19-da Paşinyan Putinlə telefonla danışıb, Putin əvvəllər hazırlanmış Rusiya təşəbbüslərinə əsaslanan plan təklif edib. Təklif olunan şərtlərə yeddi rayonun qaytarılması, Dağlıq Qarabağla Ermənistan arasında Laçın dəhlizi vasitəsilə əlaqənin nizamlanması, Rusiya sülhməramlılarının Dağlıq Qarabağda yerləşdirilməsi və Dağlıq Qarabağın qeyri-müəyyən statusu daxil olub.

Paşinyan Putinin təklifini qəbul etmək niyyətində olub, lakin Azərbaycan əlavə tələblər, o cümlədən azərbaycanlı sakinlərin Şuşaya qayıtmasını və Azərbaycanla Naxçıvan arasında əlaqənin təmin edilməsi üçün sülhməramlıların Mehridə yerləşdirilməsini irəli sürüb. Paşinyan bu şərtlərlə, əsasən də Ermənistan ərazisilə eksterritorial dəhlizlə razılaşmayıb, lakin vəziyyətin ciddi olduğunu etiraf edib. O qeyd edib ki,  bu cür şərtlərə razı ola bilməyəcək və digərlərini, öz mövqeyini açıq şəkildə ifadə edə biləcəyini düşünənləri ona dəstək olmağa çağırıb.

Oktyabrın 23-də ABŞ-ın atəşkəs təşəbbüsü irəli sürülüb və oktyabrın 25-də razılaşdırılıb, atəşkəsin başlanması isə oktyabrın 26-na planlaşdırılıb. Lakin Azərbaycan bu sazişə qoşulmayıb.

Paşinyan bildirib ki, erməni qoşunları cəbhə xəttinin 90 faizinə hücumu uğurla dəf edib, lakin 9-cu müdafiə sahəsində çətinliklərlə üzləşib, belə ki, Azərbaycan cəbhə xəttini yarıb Cəbrayıla çatıb. Ermənistan ordusunun qarşısında Azərbaycanın hücumunu dayandırmaq vəzifəsi qoyulub, çünki əvvəlki atəşkəs cəhdləri nəticəsiz qalıb.

Paşinyan ağrılı güzəştlərə zərurət yarandığını etiraf edib, lakin Şuşa şəhəri və sülhməramlıların Mehridə olması ilə qırmızı xətt çəkib. O inanırdı ki, Şuşa Ermənistanın nəzarəti altında qaldığı müddətdə mübarizə üçün hələ də ümid və motivasiya var. Lakin Azərbaycan qoşunlarının Laçın-Stepanakert yoluna girməsi xəbəri Şuşanın tədricən itirilməsinə işarə edirdi. Nəhayət, noyabrın 7-də Paşinyan Şuşanın süqutuna dair təsdiq alıb. Bu xəbərdən hiddətlənən Paşinyan Şuşanın müdafiəsi üçün bu zəmanətlərin yerinə yetirilməsini və onun geri alınmasını tələb edib. Lakin sonrakı xəbərlər hələ noyabrın 10-da üçtərəfli bəyanat imzalanmadan öncə Şuşada ermənilərin mövcudluğunun itdiyini göstərirdi, Paşinyan öz çıxışını yekunlaşdırıb.

44 günlük müharibə Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərini (ölkənin 1/5 hissəsini təşkil edir) azad etməkdən 28 illik imtinasından sonra, 27 sentyabr 2020-ci ildə başlayıb. Yerevanın işğal olunmuş əraziləri azad etməsinin zəruriliyilə bağlı ABŞ, Rusiya və Fransanın timsalında sülh danışıqları və təkidlər heç bir şeylə nəticələnməyib. Müharibə 9-10 noyabr 2020-ci il tarixlərində hərbi əməliyyatların dayandırılması barədə Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin bəyanatı ilə başa çatdı. Bu bəyanat işğalçı erməni ordusunun tamamilə darmadağın edilməsinə  mane oldu. Erməni hərbi qruplaşması Rusiya sülhməramlı kontingentinin himayəsi altında Qarabağda qalmağa və regionda sabitliyi pozmağa davam edir.

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN