Azərbaycanda əhalinin ta qədimlərdən etibarlı içməli su təchizatında kəhrizlərin rolu danılmazdır...
Daha çox dağətəyi bölgələrdən çəkilərək ətraf yaşayış ərazilərinə öz axarı ilə gətirilən suyun təbii keyfiyyətinə isə söz ola bilməz. Hazırda işğaldan azad edilmiş ərazilərdə, xüsusən də Ağdam, Füzuli və Cəbrayıl rayonlarında vaxtilə istifadədə olmuş yüzlərlə kəhrizlər, çoxsaylı kəhriz quyuları vardır. Lakin mənfur düşmən onları darmadağın etmişdir.
Hazırda bu kəhrizlərin xəritələri hazırlanıb və Prezident İlham Əliyev tərəfindən bərpasına göstəriş verilib. Maraqlıdır ki, hələ sovetlər dönəmində rayonlarda su quyuları qazan təcrübəli kənkanlar var idi və indi onların deyil, xarici mütəxəssislərin təcrübəsindən istifadəyə üstünlük verilir. Niyə yerli ənənələrə və təcrübəyə malik quyuqazanlarımıza etibar edilmir?
AMEA-nın müxbir üzvü Əlövsət Quliyev "Təzadlar"a bu istiqamətdə olduqca maraqlı açıqlamalar verdi. Məlum olur ki, alim hələ ötən il bu istiqamətdə narahatlıqlarını media ilə bölüşüb... OBaeəlum olur ki, bu işə Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) kəhriz bərpa layihəsi işlərinin tətbiqi ilə məşğuldur. Ə.Quliyev isə deyir ki, bu işlərin heç bir elmi və yerli təcrübəyə əsaslanmadan aparılmasının gələcəkdə mövcud kəhrizlərin tamamilə sıradan çıxmasına səbəb olacaq.
Onu da öyrəndik ki, Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Georgiyevdir.
"Təzadlar" aydınlıq üçün bildirir ki, Əlövsət Quliyev 2000-2010-cu illərdə BMqT-nin layihələrində elmi məsləhətçi kimi fəaliyyət göstərib, ilk dəfə kəhrizlərin elmi cəhətdən araşdırması ilə məşğul olub. Alim kəhrizlər haqqında bir neçə kitabın və 50 dən çox elmi məqalənin müəlifi, UNESCO-nun "Qədim hidravlik sistemlər-kəhrizlər üzrə dövlətlərarası idarə heyətinin üzvüdür. O, ötən ilin yay dövründə AMEA-nın Geologiya və Geofizika İnstitutunun əməkdaşı, geologiya-mineorologiya üzrə fəlsəfə doktoru Ramiz Məmmədovun, bu sahədə geniş biliyə və təcrübəyə malik su layhəsi rəhbəri, hidrogeoloq Saleh Seyfullayevin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin baş mütəxəssisi, hidrogeoloq Rasim Məmmədovun iştirakı ilə Ağdam rayonunun Əhmədağalı, Mirəşelli və Xındırıstan kəndləri ərazisində Beynəlxalq Miqrasiya Təşkilatının 2021 və 2022-ci illərdə bərpa etdiyi “Çinarlı”, “Şəmsi”, “Xanəhməd”, “Qurddu”, “Qozlu”, “Heyvalı-1” və “Heyvalı-2” kəhrizlərinə baxış keçirdib, vəziyyətin nə qədər acınacaqlı olduğunu ictimailəşdirib. Qarşı tərəf isə bundan hiddətlənib.
Ən vacibi, Beynəlxalq Miqrasiya Təşkilatının bərpa etdiyi kəhrizlərdə su axını vaxtilə olduğundan ən azı 2-3 dəfə azalıb. Əgər buna kəhriz bərpası deyirlərsə, deməli, nəsə bu işdə doğru olmayan niyyətlər var...
Beləliklə, akademik Ə.Quliyevlə geniş müsahibə və söhbəti yaxın günlərdə TTV AZ-ın canlı efirində müzakirə etməyi qərarlaşdırdıq...
A.Məmmədli