1918-ci il sentyabrın 15-i  Nuru Paşanın  rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etdiyi gündür.

Məlumatlara görə, 1918-ci ilin əvvəllərində Ənvər Paşa (İsmayil Ənvər – Osmanlıda müharibə dövründə hərbi nazir, hərbçi, siyasi xadim) Nağı Şeyxzamanlının başçılığı altında Azərbaycandan gəlmiş nümayəndə heyəti ilə görüşdükdən sonra Azərbaycan türklərinə hərbi yardım göstərmək qərarına gəlir.

Və o, Qafqaz İslam Ordusuna rəhbərliyi cəmi 28 yaşı olan qardaşı Nuru Paşaya etibar edir. 1918-ci il aprelin 5-də Ənvər paşa Qafqaz İslam Ordusunun təşkil olunması və onun qarşısında duran vəzifələrə dair təlimnaməni təsdiqləyir. Bu təlimnamədə Qafqaz İslam Ordusunun təşkili prinsipləri və onun qarşısında duran vəzifələr konkret olaraq müəyyənləşdirilir.

Nuru paşanın 1918-ci il martında 20 nəfərlik dəstəsi ilə Azərbaycana yola düşdüyü bildirilir. 1918-ci il mayın 24-də Yevlaxda, mayın 25-də isə Gəncədə Nuru paşanın qarşılanması mərasimi keçirildi.

Vəziyyəti öyrənən Nuru Paşa 3-cü ordu komandanı Vehib paşaya məlumat göndərərək dövlət orqanları qarşısında Azərbaycana türk hərbi qüvvələrinin göndərilməsi barədə məsələ qaldırılmasını xahiş etdi. 1918-ci il iyunun 4-də Batumda iki dövlət arasında imzalanan müqavilədən sonra Nuru paşanın vəsatəti əsasında 5-ci Qafqaz firqəsi Azərbacana göndərildi. Nuru paşa türk və Azərbaycan hərbi hissələrindən təşkil edilmiş Qafqaz İslam Ordusunun komandanı olmaqla bərabər, Azərbaycan hökumətinin qərarı əsasında Milli hərbi hissələrin formalaşdırılmasına rəhbərliyi də öz üzərinə götürdü. Onun qarşısında Bakı Sovetinə tabe olan bolşevik-daşnak hərbi qüvvələrinə, erməni silahlı dəstələrinə qarşı mübarizəni təşkil etmək, Azərbaycanın Milli hərbi hissələrinin formalaşdırılmasına nail olmaq, Qafqaz İslam Ordusunun komandanlığı altında olan qüvvələrin təchizat və təminat məsələlərini həll etmək kimi mürəkkəb vəzifələr dururdu.

Və beləliklə, Nuru Paşanın rəhbərlik etdiyi ordu bu vəzifəni müvəffəqiyyətlə həyata keçirdi.

Sentyabrın 15-də Bakı erməni daşnakladan azad olundu.

Azərbaycan xalqı heç bir zaman bu tarixi günü, Ənvər Paşanın, Nuru Paşanın bu tarixi xidmətlərini unutmur, onları rəhmətlə xatırlayır.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN