Ermənilərin Birinci Qarabağ müharibəsində “özlərinin qələbə rəmzi” kimi Xankəndi-Şuşa yolunda yerləşdirdikləri tank

demontaj olunaraq ərazidən götürülüb və Bakıdakı Hərbi Qənimətlər Parkına gətirilib. Tezadlar.az xəbər verir ki, bu mənfur tank nümayiş olunması üçün parkda yerləşdirilib. 
Bildiririk ki, ermənilərin qeyrəti sayılan həmin tank ötən gün sökülərək Bakıya yola salınıb. Və tank Şuşaya girməyə cəhd edən ilk tank olub. Erməni Qaqik Avşaryanın idarə etdiyi 442 nömrəli tank ekipaj üzvü ilə birlikdə Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov tərəfindən məhv edilmişdi. Birinci Qarabağ müharibəsindən sonra isə Avşaryanın yanmış T-72 tankı bərpa edilərək Şuşaya tuşlanmış vəziyyətdə “abidə” kimi quraşdırılmışdı. İndi ermənilərin "qeyrət simvolu" olan həmin tank dünya ictimaiyyəti və dünya erməniləri üçün muzey eksponatı kimi Bakıdadır... Buyursunlar, ziyarət pulsuzdur...

JASMİN

 

Pin It

GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 14 November 2023
By Elçin Məmmədli
IMAGE
BAYRAĞIM
Wednesday, 08 November 2023
By Şakir Qurbanov

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA