Azərbaycanın Tehran şəhərində yerləşən səfirliyində terror aktı törədən İran vətəndaşı Yasin Hüseynzadə edam olunacaq.
Tezadlar.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Televiziyası İran mətbuatına istinadən məlumat yayıb. Hansı ki, həmin terror aktı zamanı Azərbaycan səfirliyinin bir əməkdaşı, diplomatik nümayəndəliyin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov həlak olub, iki mühafizəçi isə yaralanıb. Bu terror aktından sonra Azərbaycanla İran arasında soyuq münasibət yaranmış və bu münasibət bir neçə ay əvvələdək davam etmişdir... Nəhayət, İranın siyasi rəhbərliyi terrorçunun törətdiyi əməli ilə bağlı istintaqın ciddi nəzarət altında olduğunu etdi...
A.Məmmədli