…Ulu Öndər Heydər Əliyevin Mingəçevirdə 1973-cü ildə əsasını qoyduğu, 20 oktyabr 1981-ci ildə isə tam istismara verilərək ümumi baza gücü saatda 2700 Mvt olmuş «Azərbaycan» İES düz 42 ildir ki, ölkəmizi 60 faiz elektrik enerjisi ilə təmin etməkdə davam edir. Bəli, düz 42 il! Təxminən yarım əsrlik bir tarixdir…

...Bunu niyə deyirik: indi gəlin görək ölkəyə işıq paylayan bu işıqlı şəhərin hələ 1966-ci ildən yaranmış «Energetik» Futbol Klubu niyə qaranlıq taleyə məhkum edilib? Hətta burada məşqçi kimi də çalışmış məşhur Anatoli Banişevskinin, Qurban Qurbanovun da qürur duyduğu «Energetik» Klubu müstəqilliyimizin ilk ilinin ölkə üzrə futbol cempionatında (1992-ci il mövsumundə) kubok finalına çıxmışdır. Bəs elə isə bu klub niyə tənəzzülə uğrayaraq sayğısız və yiyəsiz günə düşüb? Açıqlaması çox sadədir: deməli, «Azərenerji»yə rəhbər gələn şəxslər həmişə yalnız özlərinə mənsub olan «Şahdağ» (Qusar, Etibar Pirverdiyev) və «Zirə» (Bakı, Baba Rzayev) klublarına diqqət ediblər. Və ayrı- ayrı vaxtlarda bu şəhərin enerji nəhəngləri stansiyalarından gələn milyonlardan o klubları sıfırdan təsis etməklə, Mingecevirin «Energetika» klubunu kənarda saxlamaqla və bu kluba pul ayırmamaqla, komandanın dağılmasına şərait yaratmışlar.

ming-3

 Bu gün ən aşağı qruplarda yer alan Mingəçevir təmsilçisi heç vaxt klubu olmayan İmişli komandası ilə bacarmırsa, bunun səbəbi təbii ki,  İmişlidəki Şəkər zavodu və digər müəssisə rəhbərlərinin və sponsorların həmin kluba lazımi diqqəti davamlı şəkildə göstərmələridir. Ancaq gəlin «Azərişıq» ASC-nin İdarə Heyətinin rəhbəri Vüqar Əhmədovun özünün elə Mingəçevirdən olmasına baxmayaraq, bu kluba niyə diqqət göstərməməsinin səbəbini araşdıraq.

 Mingəçevirdən olan təəssübkeşlərin isə xahişi belədir: «Vüqar müəllim, xahiş edirik, şəhərimizin bu klubuna Mingəçevirdən olan, hətta milli komandada da uğurla çıxış etmiş, yarımmüdafiəçi kimi oynamış veteran futbolçu Ramiz Məmmədovun məşqçi gətirilməsinə təşəbbüs göstərəsiniz. Bununla da «Energetik»in timsalında Mingəçevirin futbol və idman şərəfinin yenidən özünə qaytarılmasına yardım etmiş olarsınız… Eyni zamanda klubun rəhbərliyi hazırda paytaxt Bakıda çalışan Ayaz Əliyevə də bu müraciəti  etməklə, çox təcrübəli Ramiz Məmmədovun Mingəçevirə gətirilməsini xahiş edirik…».

Biz də inanırıq ki, tezliklə işıqlı şəhər olan Mingəçevirin idman şərəfini qoyuyan «Energetik» laqeyidliyin qaranlığından işıqlığa çıxacaq.

Xəyyam Qurbanlı

mingec-1

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN