Baş Prokurorluq qətlə yetirilən 14 yaşlı Aytac Şahmarovanın anası və əmisinə qarşı qızı qəsdən öldürmə, zorla ərə vermə və cinayət barədə xəbər verməmə işi üzrə ittiham irəli sürüb.

Tezadlar.az Gürcüstan Baş Prokurorluğunun saytına istinadla bildirir ki, Daxili İşlər Nazirliyi tərəfindən aparılan araşdırmalarla müəyyən edilib ki, 2023-cü ilin yayında azyaşlını nikaha daxil olmağa məcbur etmək məqsədilə qaçıran Alim Sadiqov onun azadlığının qanunsuz olaraq qarşısını alaraq, Ləmbəli kəndinə gətirib. Buna baxmayaraq, azyaşlı gizlicə evdən çıxıb və tanımadığı şəxsin mobil telefonu ilə anası ilə əlaqə saxlayıb, onun oğurlanması barədə məlumat verib. Azyaşlının anası və əmisi 14 yaşlı qıza qarşı törədilən ağır cinayətdən xəbər tutsalar da, bu barədə hüquq-mühafizə orqanlarına məlumat verməyiblər və uşağı qaçıran şəxslə yaşamağa məcbur ediblər. Sonradan qızın ölüm xəbəri gəlib... Hüquq-mühafizə orqanlarının əməkdaşları oktyabrın 11-də hakimin hökmü əsasında zərərçəkmişin əmisini həbs ediblər. Qətlə yetirilən qızın anasına gəlincə, prokurorluq da onun həbsi ilə bağlı məhkəməyə vəsatət qaldırıb, Rustavi Şəhər Məhkəməsi isə bunu rədd edib. Prokurorluq cinayəti törədən hər iki şəxsi əvvəlcədən bilə-bilə yetkinlik yaşına çatmayan uşağı nikaha məcbur etmə və cinayət barədə xəbər verməmə faktları ilə ittiham edir.

 Prokurorluq təqsirləndirilən şəxslərə qarşı həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə vəsatətlə qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət edir. Prokurorluqdan bildirilib ki, bu işdə təqsirləndirilən bütün şəxslər törətdikləri ağır cinayətə görə qanunun bütün hədləri daxilində cavab verəcəklər.
"Təzadlar" xatırladır ki, ölkənin Daxili İşlər Nazirliyində isə başlanmış cinayət işinin istintaqı həm təqsirləndirilən şəxsin zorla seksual xarakterli cinayət əməli törətməkdə ittiham olunması, həm də cinayətdə əli ola biləcək digər şəxslərin müəyyən edilərək ifşası istiqamətində davam etdirilir. Güman edilir ki, 14 yaşlı qız cinsi istismara dözməyərək ölüb. Alim Sadıqovun əməli daha ağır cəza ilə sanksiyalaşdırılıb. 
Bu hadisə azyaşlıları müxtəlif şəxsi niyyətlərlə ərə verməyə çalışan valideynlər üçün dərs olmalıdır...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN