Təqdimat mərasimində "Təzadlar"ın baş redaktoru Asif Mərzili təkliflə çıxış edib...

Bu gün noyabrın 17-də Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyi “Qərbi azərbaycanlıların deportasiyası və soyqırımı ilə bağlı virtual muzeyin yaradılması” layihəsinin yekun təqdimat tədbiri keçirilib.

Tezadlar.az AzərTAC- a istinadla xəbər verir ki, Tədbiri giriş sözü ilə açan Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev həyata keçirilən layihə, o cümlədən hazırlanan sayt və sənədli film haqqında geniş məlumat verib.

Sonra layihə çərçivəsində hazırlanan “Deportasiya – Şahidlərin gözü ilə” adlı sənədli film nümayiş etdirilib.

Daha sonra virtual muzeyin “deport.az” saytının təqdimatı olub.

Bildirilib ki, layihə çərçivəsində ilkin mərhələdə deportasiyalar zamanı zərər çəkmiş və onlara canlı şahidlik etmiş 80 nəfər müsahibədə, 25 nəfər anket sorğusunda olmaqla, həmin dövrə aid foto, məzun albomları və sənədlərini təqdim edənlərlə birlikdə ümumilikdə 150-yə yaxın Qərbi azərbaycanlı virtual muzeyin formalaşmasında iştirak edib. Hazırda muzeydə 300-dən çox foto və 200-ə yaxın sənəd toplanıb. Layihənin əsas məqsədi deportasiya siyasəti nəticəsində Qərbi azərbaycanlıların məruz qaldıqları soyqırımı və cinayətləri virtual muzey vasitəsilə beynəlxalq müstəvidə tanıtmaq, onların təsirli həyat hekayələrini yayımlayaraq yaşadıqları acıları göstərməkdir. Həmçinin bu cinayətlərin beynəlxalq səviyyədə ictimailəşdirilməsi həmin insanların hüquqlarının bərpasına dair əsasları gücləndirəcək. Növbəti hədəf isə daha çox iştirakçının müsahibələrə cəlb olunması, toplanan materialların sayının artırılması və digər virtual muzeylərlə qarşılıqlı əlaqələrin qurulmasıdır.

705ddeb0-8fbe-4c85-b8b8-d716f2771f88

Tədbirdə çıxış edən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva bildirib ki, qalib ölkənin qalib vətəndaşları kimi qarşımızda yeni hədəflər var. Bu hədəflərə çatmaq üçün mühüm işlər görülür, məhsuldar layihələr icra olunur. Belə layihələrin ərsəyə gəlməsi çox vacib və əhəmiyyətlidir. Bu gün təqdimatı keçirilən layihə tarixi baxımdan mühüm əhəmiyyət kəsb edir, son yüzillik tarixdə milli qürurumuzun qayıdışını qeyd edirik və elə bu layihənin təqdimat mərasimi də Zəfər günləri ərəfəsinə təsadüf edir.

Sonra Milli Məclisin deputatı Musa Quliyev layihənin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürlərini ifadə edib. Diqqətə çatdırıb ki, bu layihə tariximiz, millətimiz, Vətənimiz qarşısında ümumi işimiz, ümumi mübarizəmizdir.

Daha sonra Milli Məclisin deputatı Ceyhun Məmmədov layihənin önəmindən danışaraq, belə tədbirlərin davamlı olmasının və Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə tanıdılmasının vacibliyini xüsusi vurğulayıb. Qeyd edilib ki, qarşıda duran əsas məsələlərdən biri bu təbliğatı gücləndirmək, bu mövzuda kitabların, yeni nəşrlərin ərsəyə gəlməsini təmin etməkdir.

Təqdimatda çıxış edən Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının üzvü Əfqan Vəliyev tarixi faktlara əsaslanan məlumatları mərasim iştirakçıları ilə bölüşüb. Tədbir müzakirələrlə davam edib.

XXX 

Xatırladaq ki, təqdimat mərasimində, həmçinin "Təzadlar"ın baş redaktoru Asif Mərzili də təkliflə çıxış edib. Baş redaktorun Ermənistanın etnik təmizləmə cinayətinin qurbanı olmuş Qərbi Azərbaycanlıların, eləcə də Qarabağ hadisələrində faciələr yaşamış və 30 il ərzində köçkün düşmüş soydaşlarımızın başına gələn faciələrlə bağlı indiyədək ciddi bədii film çəkilməməsindən təəssüf hissi keçirdiyini bildirib: "Müharibə görməmiş Amerikalıların filmləri dünyanı cənginə alıb, yəhudilərin faşizm zülmündən bəhs edən çoxsaylı bədii filmləri var... Lakin bu qədər faciələr yaşamış Azərbaycanda erməni faşizmini canlandıran bədii filmimiz yoxdur... Xahiş edirəm, burada iştirak edən millət vəkillərinin, digər rəsmi şəxslərin əli və səsi yuxarılara çatır, bu məsələni qaldırın, vəsait ayrılsın, lazımdır kənardan rejissorlar dəvət edilsin, bədii filmlərimiz çəkilsin...".

Asif Mərzilinin bu təklifi alqışlarla qarşılanıb. Millət vəkili Musa Quliyev bu təklifə görə jurnalistə təşəkkür edib və təkliflə bağlı maraqlı və sevindirici açıqlama verib... Bu barədə növbəti yazıda qeyd olunacaq.

JASMİN

a52373bf-dba9-4c45-8411-90b219d5bd6c

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN