Mədət Quliyev Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin müavini təyin eilib.

 TEZADLAR.AZ Prezidentin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. 

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                              

Mədət Qəzənfər oğlu Quliyev Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin müavini təyin edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 noyabr 2023-cü il

 Xatırladaq ki, Mədət Quliyev Azərbaycan Respublikasının müdafiə sənayesi naziri vəzifəsində çalışırdı.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN