Vüqar Mustafayev Azərbaycan Respublikasının müdafiə sənayesi naziri təyin edildi.

TEZADLAR.AZ Prezidentin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:                                                                 

Vüqar Valeh oğlu Mustafayev Azərbaycan Respublikasının müdafiə sənayesi naziri təyin edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 noyabr 2023-cü il

Xatırladaq ki, Vüqar Valeh oğlu Mustafayev Azərbaycan Respublikasının müdafiə sənayesi nazirinin müavini vəzifəsində çalışırdı.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN