Tarix bu dəfə inanılmaz dərəcədə təkrarlandı...

Şuşa ilə Laçına 30 ildən çox müddətdə bağlı qalmış avtomobil yolu yenidən Azərbaycan üçün qucaq açdı, indi yenidən təmir edilib daha müasir həddə gətiriləcək. Belə ki, Prezident İlham Əliyev Şuşa‒Laçın avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Tezadlar.az prezident.az saytına istinadla bildirir ki, Sərəncam əsasında 41 kilometr uzunluğu olan Şuşa‒Laçın avtomobil yolunun yenidən qurulması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin 6,0 (altı) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb. Maliyyə Nazirliyinə Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

*** 

 Onu da xatırladaq ki, Göygöl və Kəlbəcər rayonlarını birləşdirən avtomobil yolunun da layihə uzunluğu Toğanalı-Kəlbəcər 56 km, Kəlbəcər-İstisu 26 km təşkil edir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) kollektivinin gərgin əməyi ilə Toğanalı-Kəlbəcər layihənin 13-cü km-lik hissəsindən Murovdağ silsiləsi başlanır və yüksəklik 1 700 m-dən Murovdağ zirvəsinədək məsafə 3 260 m-ə qədər artır. Bu hissədə dünyanın əz uzun avtomobil tunellərindən biri olacaq Murovdağ tunelinin (L=23.4 km) inşası davam etdirilir. Tunel bir istiqamət üzrə 2 hərəkət zolaqlı və 10 metr enində olacaq. Əlavə olaraq 561.2 m, 626.9 m, 500 m və 947.9 m uzunluğunda 4 tunelin tikintisi də həyata keçirilir. AAYDA-nın rəsmi saytı onu da qeyd edir ki, "...sol və sağ hissələrdən ibarət olan, sol hissəsi 11 713.1 metr, sağ hissəsi isə 11 691.9 metr (ümumi uzunluğu 23 405 metr) uzunluğa malik olacaq Murovdağ tunelinin (Tunel №3) sol hərəkət istiqaməti üzrə ümumilikdə 7060 metr qazma və püskürtmə işləri,4 160 metr isə kəmər betonu işləri tamamlanıb, sağ istiqamət üzrə isə ümumilikdə 7025 metr qazma və püskürtmə işləri, 1722 metr isə kəmər betonu işləri tamamlanıb. Bundan başqa Murovdağ tunelinin daxilində sağ və sol hissələri birləşdirən 20 bağlantı yolu (keçid tunel) inşa edilib və yeni bağlantı yolların inşası istiqamətində işlər davam etdirilir. 561.2 m uzunluğunda olan Tunel №1-də, 626.9 m uzunluğunda olan Tunel №2-də və uzunluğu 947,9 m təşkil edən Tunel №5-də artıq qazma, püskürtmə və kəmər betonu işləri tamamlanıb. Uzunluğu 500 metr olan Tunel №4-də isə qazma və püskürtmə betonu işləri davam etməkdədir".

saleh-mem

Qeyd edək ki, Dövlət başçısının tapşırığına əsasən, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu 2, 3 və 4 hərəkət zolaqlı olmaqla I, II və III texniki dərəcəyə uyğun olaraq inşa edilir. Belə ki, layihənin keçdiyi ərazinin sərt dağlıq və qayalıq relyefinin olmasını nəzərə alaraq, yolun əsas hissəsinin II texniki dərəcəyə uyğun, yəni hərəkət hissəsinin 2 zolaqlı, yoxuşlarda isə əlavə zolaq verilməklə tikintisi nəzərdə tutulub. Murovdağ tuneli olan hissədə isə 1-ci texniki dərəcəyə uyğun 4 hərəkət zolağının inşası icra olunur. Layihə üzrə I dərəcəli yolun ümumi uzunluğu 14.2, II dərəcəli yolun ümumi uzunluğu 34.8 km, III dərəcəli yolun ümumi uzunluğu isə 33 km təşkil edir. Layihə üzrə ümumi uzunluğu 2 968 metr olan 6 qovşağın və ümumi uzunluğu 5 600 metr olan 36 bağlantı yolunun tikintisi də icra olunmaqdadır.

Yolun Toğanalı-Kəlbəcər hissəsində hazırda ərazi təmizlənməsi, bitki qatının çıxarılması, qazma və dolğu, həmçinin süni qurğuların tikintisi işləri davam edir. Ümumi qazma işləri 66%, dolğu işləri isə 69% tamamlanıb. Tamamlanmış hissələrdə yol əsasının tikintisi və asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur. Yolun Kəlbəcər-İstisu hissəsində isə müəyyən hissələr üzrə ərazi təmizlənməsi, bitki qatının çıxarılması, qazma və dolğu işləri, süni qurğuların tikintisi işləri davam edir. Layihə çərçivəsində 159 dairəvi borunun, 110 düzbucaqlı borunun, 1 heyvan keçidinin, 19 U tipli və düzbucaqlı suötürücü qurğunun,  2598 m trapez kanalın, 64 534 m2 Geoerme divarın, 8183 m istinad divarının, 37783 m daş divarın (iksa/istinad) tikintisi nəzərdə tutulub.

Sadalanan işlər üzrə artıq 67 dairəvi, 57 düzbucaqlı borunun, 1 heyvan keçidinin, 15 U tipli və düzbucaqlı suötürücü qurğunun, 17517 m daş divarın və 5 515 m istinad divarının, 1057 m trapez kanalın və 49 366 m² Geoerme divarının və 15 km asfalt yol örtüyünün alt qatı (Binder layı) tikintisi yekunlaşıb. 

Ümumilikdə layihə üzrə fiziki işlərin tərəqqisi 50.5% təşkil edir. Tikinti işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin, şəxsən İdarə Heyətin sədri Saleh Məmmədovun nəzarəti altında “İnşaat Norma və Qaydaları”na əsasən aparılır. Tərtib olunmuş qrafikə uyğun layihənin vaxtında yekunlaşdırılması məqsədilə Agentlik tərəfindən əraziyə lazımi sayda qüvvə cəlb olunub. Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu başlanğıcını Göygöl rayonunun Toğanalı kəndindən götürməklə işğaldan azad edilmiş Kəlbəcər rayonunun ərazisindən keçir. Bu üzdən sözügedən rayonun bir-çox yaşayış məntəqələri ilə yanaşı rayon mərkəzinə və məşhur İstisu ərazisinə qədər rahat gediş-gəlişi təmin edəcək.

*** 

...Düşmənə göz dağı, dünyaya dərs götürməli bir mesaj olan bu yollar və tunellər tezliklə Azərbaycanı sevənlərə də qucaq açacaq... 

Yolumuz açıq və işıqlı olsun!

A.Məmmədli 

aayda-aqc-2

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN