Xəbər verdiyimiz kimi, dekabrın 4-də Heydər Əliyev Mərkəzində Qazaxıstan Mədəniyyəti günlərinə həsr olunmuş sərgi və möhtəşəm qala-konsert baş tutdu.

Qazaxıstanın mədəniyyət və informasiya naziri Aida Balayeva mədəniyyət bayramında öz komandası ilə iştirak edirdi. "Təzadlar"ın əməkdaşlarının da dəvət edildiyi mədəniyyət bayramında Qazaxıstanın mədəniyyət və informasiya naziri Aida Balayeva ilə məxsusi təmas imkanımız oldu. Hörmətli nazirə ilk öncə jurnalist olduğumuzu bildirdik və "Təzadlar"ın baş redaktoru Asif Mərzili, eləcə də qəzetin şöbə müdiri Yasəmən Məmmədli nazirlə eksklüziv söhbət etdilər:

-Hörmətli cənab nazir, Sizi Bakıda görməyimizdən çox məmnunuq… Biz "Təzadlar" qəzetinin və eyni adlı saytın əməkdaşlarıyıq…

-Çox şad oldum…

-Siz cəmi biz jurnalistlərə az əvvəl Azərbaycan və Bakı təəssüratlarınızı bölüşdünüz, ona görə təkrar nəsə demək istəmirik. Lakin bildirmək istəyirik ki, bizim Qazaxıstanın bir sıra media orqanları ilə sıx əlaqələrimiz, əməkdaşlığımız var..

-Bu çox yaxşıdır. Siz jurnalistlər bununla iki ölkə arasında həm də informasiya körpüsü yaradırsınız. Azərbaycanın uğurları həm də Qazaxıstanın, türk dünyasının uğurudur…

-Siz həm də Qazaxıstanın informasiya siyasətini həyata keçirirsiniz… «Təzadlar» qəzeti və eyni adlı sayt olaraq nazirliyinizlə əməkdaşlıq etmək istərdik…

-Məmuniyyətlə, çox şad olarıq… İnformasiya mübadiləsi nə qədər çox olarsa, bir o qədər xalqlarımız bir-birinin uğurları ilə daha yaxından tanış olar…

-Vaxtınızı çox almayaq, bəlkə Sizinlə xatirə şəkli də çəkdirək…

-(Gülür).  Əlbəttə, bunsuz bu görüşün nə bəzəyi…

 Sonra xatirə şəkilləri çəkdirildi.

Qeyd edək ki, Heydər Əliyev Mərkəzində baş tutan və Qazaxıstan Mədəniyyəti günlərinə həsr olunan sərgi və qala-konsert möhtəşəmliyi ilə diqqəti çəkirdi. Qala-konsertdə nümayiş etdirilən kompozisiyalar və səhnənin həm Qazaxıstan, həm də Azərbaycan bayraqları ilə, füsunkar təbiət mənzərələri və Qarabağ müharibəsindəki Zəfər bayramımızın fotoşəkilləri fonunda işıqlandırılması tamaşaçıların sürəkli alqışları ilə qarşılanırdı. Hətta ifaçıların dilindən «Qarabağ Azərbaycandır!» nidasının səsləndirilməsi coşqu ilə qarşılandı. Bu isə iki qardaş ölkənin bir-birinə necə bağlı olduğundan xəbər verirdi… 

Heydər Əliyev Mərkəzində baş tutan Qazaxıstan Mədəniyyəti günlərinə həsr olunmuş sərgi və qala-konsertdən: Elbar Şirinov

asif-qaz-med

qazax-1

qazax-2

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN