MTN generalı brilyant daşların qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsini bəhanə edib İsmayılov Zaur Sabir oğlu və Əliyev Ələddin Hüseyn oğlundan 500 min manat rüşvət tələb etmiş və...

(Əvvəli qəzetin 28 noyabr 2023-cü il tarixli buraxılışında)

 Azərbaycan Respublikası adından HÖKM

Bakı şəhəri, İş №1-1(093)-9/2022 21.09.2022-ci il, BAKI HƏRBİ MƏHKƏMƏSİ

Bundan başqa, Mövlam Şıxəliyev qeyd edilən vəzifədə xidmət edərkən təkrarən hədə-qorxu gəlməklə özü və digər şəxslər üçün qanunsuz olaraq maddi sərvət əldə etmək məqsədilə yaradılan və qeyrilərindən ibarət sabit cinayətkar qrupda - mütəşəkkil dəstədə birləşib mütəşəkkil dəstə tərkibində aparılmış bölgüyə uyğun üzərinə düşən vəzifələri yerinə yetirərək səlahiyyətlərinin icrası ilə əlaqədar 06 mart 2012-ci il tarixdə özünün göstərişi əsasında tabeliyində olan şəxs tərəfindən qəbul edilən qərarla «Texnikabank» ASC-nin müşahidə şurasının sədri Əliyev Etibar Mahmud oğlu və qeyrilərinin barəsində CM-nin 178.3.1, 178.3.2 və digər maddələri ilə başlanılmış 919 №-li cinayət işi üzrə cinayət prosesinin iştirakçısı olmayan, barəsində cinayət təqibi həyata keçirilməyən, heç bir prosessual qərar qəbul olunmayan “İT Solutions” MMC-nin direktoru Heydərov Anar Sadıx oğlunu hədəfə almışdır. O, bu məqsədlə 15 yanvar 2013-cü il tarixdə, saat 10 radələrində mütəşəkkil dəstənin digər üzvləri vasitəsi ilə MTN-nin inzibati binasına çağırılıb tanışı Talıbov Fuad Mirislam oğlunun adına «Texnikabank» ASC-yə mənsub olan plastik kartdan istifadə etməklə ümumilikdə həmin dövrün rəsmi məzənnəsi ilə 1.046.989,05 manata bərabər 1 milyon 342 min 293,65 ABŞ dolları məbləğində pul vəsaitini nağdlaşdırması xüsusatı üzrə şahid qismində dindirilməsini təmin etdirmişdir. Bundan sonra isə Baş idarənin rəisi kimi müntəzəm olaraq tamahkarlıq məqsədilə və şəxsi marağa görə hakimiyyətdən və öz qulluq mövqeyindən sui-istifadə etməklə, hakimiyyət həddini və qulluq səlahiyyətlərini aşmaqla külli miqdarda əmlakını hədə-qorxu tətbiq etməklə ələ keçirmək məqsədilə Anar Heydərovu öz xidməti otağında şəxsən qəbul etmişdir. Və heç bir əsaslı səbəb olmadan qeyd olunan vəsaiti «Texnikabank» ASC-nin müşahidə şurasının sədri Əliyev Etibar Mahmud oğlu ilə birlikdə cinayət yolu ilə əldə etdiyini və buna görə ona Etibar Əliyevin artıq həbs olunduğunu bildirmişdir. Onun da cinayət məsuliyyətinə cəlb edilməklə həbs olunacağı, müvəqqəti saxlama yerində saxlanılmaqla nalayiq hərəkətlərə məruz qalacağı ilə şəxsiyyəti üzərində zor göstəriləcəyi, habelə bu məlumatları KİV-də yaymaqla rüsvay edəcəkləri ilə hədələmişdir. Həmçinin Anar Heydərovun dəstənin digər üzvünün tanışı olduğuna görə qısa müddət ərzində sonuncu ilə görüşüb deyiləcək məbləğdə pul vəsaitini sonuncuya verməsini tələb etmişdir. Bunun üçün əvvəlcədən planlaşdırılmış ümumi cinayətkar niyyətə uyğun olaraq növbəti günlərdə hədə-qorxunu real qəbul edərək həbs olunacağından ehtiyatlanan Anar Heydərovdan mütəşəkkil dəstənin digər üzvləri vasitəsilə eyni məzmunlu hədə-qorxu gəlməyi davam etdirib ondan 300.000 manat pul tələb edərək, 300.000 ABŞ dolları pul verməsi müqabilində cinayət məsuliyyətinə cəlb edilməməsi barədə sonuncunun xahişi ilə mütəşəkkil dəstənin üzvləri arasında müzakirə aparmaqla razılaşmışdır. Bununla əlaqədar 2013-cü ilin yanvar ayının ikinci yarısında Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsi, 2 A ünvanında yerləşən “Maestro” restoranında həmin dövrün rəsmi məzənnəsi ilə 235.470 manat təşkil edən 300.000 ABŞ dolları pulu Anar Heydərovdan mütəşəkkil dəstənin qeyri üzvləri vasitəsilə qəbul edib ələ keçirmişdir.

movlam

Və əvvəlcədən razılaşdırılmış ümumi cinayətkar niyyətə uyğun surətdə mütəşəkkil dəstənin üzvləri arasında bölməklə, qulluq mövqeyinə görə zərər çəkmiş şəxslərin və yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin, yəni Anar Heydərovun külli miqdarda əmlakını mütəşəkkil dəstə tərkibində təkrarən hədə-qorxu ilə tələb edib ələ keçirmiş, vəzifəli şəxs kimi müntəzəm olaraq mütəşəkkil dəstə tərkibində təkrarən tamahkarlıq məqsədilə və şəxsi marağa görə hakimiyyətdən və öz qulluq mövqeyindən sui-istifadə etməklə, hakimiyyət həddini və qulluq səlahiyyətlərini aşmışdır. Bununla da Milli Təhlükəsizlik Nazirliyinin kəşfiyyat, əks-kəşfiyyat fəaliyyəti, dövlət sirrinin mühafizəsi, cinayətlərin aşkarlanması, qabaqlanması, qarşısının alınması və açılması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətlərini həyata keçirməsi ilə bağlı hüquq və qanuni mənafelərinə, habelə Anar Heydərovun hüquqlarına və qanuni mənafelərinə sonuncunun və ailə üzvlərinin müflisləşməsi, psixi təsirlərə, külli miqdarda maddi və digər məhrumiyyətlərə məruz qalmasından ibarət ağır nəticələrə səbəb olan əhəmiyyətli zərər vurmuşdur.

Bundan başqa, Mövlam Şıxəliyev 09 yanvar 2013-cü il tarixdə qəbul etdiyi qərarla külli miqdarda brilyant daşların qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsi faktı üzrə İsmayılov Zaur Sabir oğlu və Əliyev Ələddin Hüseyn oğlunun barəsində CM-in 206.3.2-ci maddəsi ilə 990 №-li cinayət işi başlanılmaqla iş üzrə ibtidai istintaqın aparılmasının İstintaq baş idarəsinin mühüm işlər üzrə baş müstəntiqi Hüseynov Rövşən Sovet oğluna həvalə edilməsini təmin etmişdir. Ardınca sonuncu tərəfindən tərtib edilmiş 09 yanvar 2013-cü il tarixli protokolla Ələddin Əliyevin CM-in 206.3.2-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmasından sonra İstintaq baş idarəsinin rəisi olaraq vəzifəli şəxs kimi müntəzəm olaraq tamahkarlıq məqsədilə və şəxsi marağa görə hakimiyyətdən və öz qulluq mövqeyindən suiistifadə etmişdir. O, hakimiyyət həddini və qulluq səlahiyyətlərini aşmaqla özünün göstərişi əsasında 10 yanvar 2013-cü il tarixdə Ələddin Əliyevi saxlanıldığı MTN-nin İstintaq təcridxanasından mütəşəkkil dəstənin barəsində cinayət təqibi aparılan digər üzvünün xidməti kabinetinə gətirilməsini təmin etmişdir.

 Həmin dəstə üzvünün vasitəsilə ona barəsində həbs qətimkan tədbiri seçdirəcəyi, ən ciddi həddə azadlıqdan məhrum etmə cəzasına məhkum olunacağı, istintaq təcridxanasında və gələcəkdə cəzaçəkmə müəssisəsində ciddi fiziki təzyiqlərə məruz qalacağını bildirib hədə-qorxu gəlmişdir.

Lakin xeyrinə ediləcək qanunsuz hərəkətlərin, yəni cinayət prosessual qanunvericiliyi ilə əsas olmadığı halda müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində cinayət təqibinə xitam verilməsi haqqında qəbul ediləcək qərarların müqabilində Ələddin Əliyevdən 500.000 manat, sonuncu ilə razılaşa bilmədikdə əvvəlcə 100.000 manat, sonda isə 100.000 ABŞ dolları istəyərək qeyd edilən qərarları müvəqqəti saxlama yerindən sərbəst buraxıldıqdan sonra verilmək şərti ilə 100.000 ABŞ dolları müqabilində qəbul etməyə mütəşəkkil dəstənin üzvləri ilə müzakirə aparmaqla razılaşmışdır. Bununla əlaqədar 10 yanvar 2013-cü il tarixdə CPM-nin 90.4-cü maddəsinə əsasən Ələddin Əliyevin barəsində müvəqqəti saxlama yerindən azad edilməsi haqqında qərar qəbul edilməsini təmin edib sərbəst buraxılmasına nail olmuşdur. Sonra isə, qabaqcadan razılaşdırıldığı kimi, 2013-cü ilin yanvar ayının ortalarında MTN-nin inzibati binasının yaxınlığında mütəşəkkil dəstənin barəsində cinayət təqibi aparılan digər üzvü vasitəsilə Ələddin Əliyevdən birbaşa yolla 50.000 ABŞ dolları, 2013-cü ilin yanvar ayının sonlarında eyni ünvanda 50.000 ABŞ dolları olmaqla cəmi 100.000 ABŞ dolları nağd pulu qəbul etmişdir. Lakin 2013- cü ilin fevral ayında mütəşəkkil dəstənin barəsində cinayət təqibi aparılan digər üzvü vasitəsilə eyni məzmunlu hədə-qorxu gəlməklə Ələddin Əliyevdən əvvəlcədən tələb olunaraq alınmış 100.000 ABŞ dollarından ibarət məbləği əvvəlcə 110.000 ABŞ dollarına qaldırmış, sonuncu ilə razılaşa bilmədikdə qeyd olunan qərarları 106.000 ABŞ dolları müqabilində qəbul etməyə mütəşəkkil dəstənin üzvləri ilə müzakirə aparmaqla razılaşmışdır. Bununla əlaqədar bir neçə gün sonra həmin ilin fevral ayında Bakı şəhəri, Xətai rayonu, Rövşən Əliyev 46 ünvanında yerləşən Bakı Əyləncə Mərkəzində mütəşəkkil dəstənin barəsində cinayət təqibi aparılan digər üzvü vasitəsilə Ələddin Əliyevdən 6.000 ABŞ dolları, ümumilikdə həmin dövrün rəsmi məzənnəsi ilə 83.200 manat təşkil edən 106.000 ABŞ dolları nağd pulu rüşvət almışdır.

hebs

Mövlam Şıxəliyev qeyd edilən vəzifədə xidmət edərkən təkrarən ləğv olunmuş MTN-nin İstintaq baş idarəsinin Metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Ələkbərov Sahib Yunus oğlu və qeyrilərindən ibarət mütəşəkkil dəstə tərkibində aparılmış bölgüyə uyğun özünün göstərişi əsasında dəstənin üzvü Sahib Ələkbərovun 05 sentyabr 2013-cü il tarixdə qəbul etdiyi qərarla “Sədərək” ticarət mərkəzində fərdi sahibkarlıqla məşğul olmuş Teymurov Natiq Şahmar oğlu və digərlərinin barəsində CM-in 206.3.2-ci maddəsi ilə 1039 №-li cinayət işi başlanılmaqla iş üzrə ibtidai istintaqın aparılmasının tabeliyində olan şəxsə həvalə edilməsinə nail olmuşdur. O, Natiq Teymurovun həmin müstəntiq tərəfindən qəbul edilmiş 07 sentyabr 2013-cü il tarixli qərarla CM-in 206.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində Bakı şəhəri Səbail Rayon Məhkəməsinin eyni tarixli qərarı əsasında həbs qətimkan tədbirinin seçilməsini təmin etmişdir. Sonra İstintaq baş idarəsinin rəisi olaraq müntəzəm olaraq tamahkarlıq məqsədilə və şəxsi marağa görə hakimiyyətdən və öz qulluq mövqeyindən sui-istifadə etməklə, hakimiyyət həddini və qulluq səlahiyyətlərini aşmaqla 2013-cü il sentyabr ayının ortalarından etibarən dəstənin üzvü Sahib Ələkbərovun vasitəsilə MTN-nin inzibati binasında Natiq Teymurovun həbsdə saxlanılacağı və ən ciddi həddə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə nail olacağı ilə hədələmişdir. Sonuncunun xeyrinə edəcəyi qanunsuz hərəkətlərin, yəni cinayət prosessual qanunvericiliyi ilə əsas olmadığı halda həbsdən azad olunması üçün qəbul olunacaq qərarın müqabilində Natiq Teymurov və sonuncunun qardaşı Teymurlu Rəfael Şahmar oğlundan əvvəlcə 300.000 manat, sonuncu ilə razılaşa bilmədikdə isə 150.000 manat məbləğində nağd pul istəmişdir. Qeyd edilən qərarları 150.000 manat müqabilində qəbul etməyə mütəşəkkil dəstənin üzvlərinin razılığını aldıqdan sonra Natiq Teymurov və Rəfael Teymurlu ilə razılaşmış, bununla əlaqədar 20 sentyabr 2013-cü il tarixdə MTN-nin inzibati binasının arxa giriş qapısının yaxınlığında Natiq Teymurovun qardaşı Rəfael Teymurlunun gətirdiyi 150.000 manat məbləğində nağd pulu rüşvət kimi Sahib Ələkbərovun vasitəsilə qəbul etmişdir. Həmin pulu  mütəşəkkil dəstənin üzvləri Sahib Ələkbərov və qeyriləri ilə aralarında bölərək, Natiq Teymurovun həbsdən azad olunması üçün təcridxana şəraitində saxlanmasını istisna edən ağır xəstəlikdən əziyyət çəkməsi barədə məhkəmə-tibb ekspertizasının 25.09.2013-cü il tarixli 251/KEŞ saylı rəyinin alınmasına nail olmuşdur. Və eyni tarixdə Natiq Teymurovun barəsində seçilmiş həbs qətimkan tədbirinin başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməsinə dair müstəntiq tərəfindən qərar qəbul olunmasını təmin etmişdir.

***

Bundan başqa, o, qeyd edilən vəzifədə xidmət edərkən təkrarən, mütəşəkkil dəstə tərkibində aparılmış bölgüyə uyğun üzərinə düşən vəzifələri yerinə yetirərək səlahiyyətlərinin icrası ilə əlaqədar özünün göstərişi əsasında ləğv olunmuş MTN-nin  İstintaq baş idarəsinin Metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Ələkbərov Sahib Yunus oğlunun 05 sentyabr 2013-cü il tarixdə qəbul etdiyi qərarla “Sədərək” ticarət mərkəzində fərdi sahibkarlıqla məşğul olmuş Cəfərov Etibar Vahid oğlu və digərlərinin barəsində CM-in 206.3.2-ci maddəsi ilə 1039 №-li cinayət işi başlanılmaqla iş üzrə ibtidai istintaqın aparılmasının tabeliyində olan müstəntiqə həvalə edilməsini təmin etmişdir. Sonra isə Etibar Cəfərovun həmin müstəntiq tərəfindən qəbul edilmiş 07 sentyabr 2013-cü il tarixli qərarla CM-in 206.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində Bakı şəhəri Səbail Rayon Məhkəməsinin eyni tarixli qərarı əsasında həbs qətimkan tədbirinin seçilməsini təmin etmişdir. Bundan sonra isə İstintaq baş idarəsinin rəisi olaraq vəzifəli şəxs kimi müntəzəm olaraq tamahkarlıq məqsədilə və şəxsi marağa görə hakimiyyətdən və öz qulluq mövqeyindən sui-istifadə etməklə, hakimiyyət həddini və qulluq səlahiyyətlərini aşmaqla 2013-cü ilin oktyabr ayının sonlarında mütəşəkkil dəstənin barəsində cinayət təqibi aparılan digər üzvü vasitəsilə MTN-nin inzibati binasında Etibar Cəfərovun həbsdə saxlanılacağı və ən ciddi həddə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə nail olacağı ilə hədələmişdir. O sonuncunun xeyrinə edəcəyi qanunsuz hərəkətlərin, yəni CPM-nin tələblərinə əsas olmadığı halda onun həbsdən azad olunması üçün qəbul olunacaq qərarın müqabilində sonuncunun atası Cəfərov Vahid Söyün oğlundan əvvəlcə 300.000 manat, sonuncu ilə razılaşa bilmədikdə isə 210.000 manat məbləğində rüşvət istəmişdir. Qeyd edilən qərarları 210.000 manat müqabilində qəbul etməyə mütəşəkkil dəstənin üzvlərinin razılığını aldıqdan sonra Vahid Cəfərovla sövdələşmiş, bununla əlaqədar Vahid Cəfərovdan 01 noyabr 2013-cü il tarixdə saat 14:30 radələrində MTN-nin inzibati binasının yaxınlığında 209.000 manat və həmin gün saat 16-17 radələrində eyni ünvanda 1.000 manat olmaqla, cəmi 210.000 manat rüşvəti birbaşa yolla qəbul etmişdir. Ardınca həmin pulu mütəşəkkil dəstənin üzvləri ilə aralarında bölərək, Etibar Cəfərovun həbsdən azad olunması üçün təcridxana şəraitində saxlanmasını istisna edən ağır xəstəlikdən əziyyət çəkməsi barədə məhkəmə-tibb ekspertizasının 05.11.2013-cu tarixli, 290/KEŞ saylı rəyinin alınmasına nail olmuşdur. 05.11.2013-cü il tarixdə isə CPM-nin 157.8-ci maddəsinə əsasən sonuncunun barəsində seçilmiş həbs qətimkan tədbirinin tətbiqinə xitam verilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsinə dair müstəntiq tərəfindən müvafiq qərarların qəbul olunmasını təmin etmişdir.

***

M.Şıxəliyev qeyd edilən vəzifədə xidmət edərkən təkrarən ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq baş idarəsinin İbtidai istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Məmmədov Yasin Seyfulla oğlu və qeyrilərindən ibarət mütəşəkkil dəstə tərkibində aparılmış bölgüyə uyğun üzərinə düşən vəzifələri yerinə yetirərək səlahiyyətlərinin icrası ilə əlaqədar tabeliyində olan şəxsin 13.09.2013-cü il tarixdə qəbul etdiyi qərarla müxtəlif ölçülü pirotexniki məmulatlar və digər məişət mallarının qaçaqmalçılıq yolu ilə, yəni Gürcüstan Respublikası istiqamətindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsi faktı əsasında Məmmədov Cahangir İbrahim oğlu və digərlərinin barəsində CM-nin 206.3.2-ci maddəsi ilə 1041 №-li cinayət işi başlanılmaqla iş üzrə ibtidai istintaqın aparılmasının dəstənin üzvü Yasin Məmmədova həvalə edilməsini təmin etdirmişdir. Və sonuncu tərəfindən 14 oktyabr 2013-cü il tarixdə qəbul edilmiş qərarla Cahangir Məmmədovun CM-nin 206.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində Bakı şəhəri Səbail Rayon Məhkəməsinin eyni tarixli qərarı əsasında həbs qətimkan tədbirinin seçilməsindən sonra müntəzəm olaraq tamahkarlıq məqsədilə öz qulluq mövqeyindən sui-istifadə etmişdir.

 O, hakimiyyət həddini və qulluq səlahiyyətlərini aşmaqla özünün göstərişi əsasında 2013-cü ilin noyabr ayında bir neçə dəfə Cahangir Məmmədovun qardaşı Məmmədov Məzahir İbrahim oğlunu Bakı şəhəri, Səbail rayonu, Parlament prospekti, 14 ünvanında yerləşən MTN-nin inzibati binasında dəstənin üzvü Yasin Məmmədovun xidməti kabinetinə çağıraraq sonuncunun vasitəsilə hər hansı prosessual hərəkət həyata keçirmədən Cahangir Məmmədovun həbsdə saxlanılacağı, ən ciddi həddə azadlıqdan məhrum etmə cəzasına məhkum olunacağı, istintaq təcridxanasında və gələcəkdə cəzaçəkmə müəssisəsində ciddi fiziki təzyiqlərə məruz qalacağını bildirib hədə-qorxu gəlmişdir. Sonuncunun xeyrinə ediləcək qanunsuz hərəkətlərin, yəni cinayət prosessual qanunvericiliyi ilə əsas olmadığı halda həbsdən azad olunması üçün isə qəbul olunacaq qərarın müqabilində Məzahir Məmmədovdan 100.000 manat istəyərək qeyd edilən qərarı 80.000 manat müqabilində qəbul etməyə mütəşəkkil dəstənin üzvləri ilə müzakirə aparmaqla razılaşmışdır. Bununla əlaqədar 2013-cü ilin noyabr ayının axırlarında MTN-nin inzibati binasının Əjdər Xanbabayev küçəsinə baxan 5-ci postunun yanında dəstənin üzvü Yasin Məmmədovun göndərdiyi mütəşəkkil dəstənin istintaqa məlum olmayan üzvü vasitəsilə Məzahir Məmmədovdan 50.000 manat, 2013-cü ilin dekabr ayının əvvəllərində eyni ünvanda dəstənin üzvü Yasin Məmmədovun göndərdiyi mütəşəkkil dəstənin istintaqa məlum olmayan üzvü vasitəsilə Məzahir Məmmədovdan daha 30.000 manat, cəmi 80.000 manat məbləğində rüşvəti qəbul etmişdir. O, əvvəlcədən razılaşdırılmış ümumi cinayətkar niyyətə uyğun surətdə mütəşəkkil dəstənin üzvləri Yasin Məmmədov və qeyriləri ilə həmin pulu aralarında bölərək, Cahangir Məmmədovun həbsdən azad olunması üçün təcridxana şəraitində saxlanmasını istisna edən ağır xəstəlikdən əziyyət çəkməsi barədə məhkəmə-tibb ekspertizasının 11 dekabr 2013-cü il tarixli 338/KEŞ saylı rəyinin alınmasına nail olub 13 dekabr 2013-cü il tarixdə Cahangir Məmmədovun barəsində seçilmiş həbs qətimkan tədbirinin başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməsinə dair dəstənin üzvü Yasin Məmmədov tərəfindən qərar qəbul edilməsini təmin etmişdir...

(Davamı var)

 «Təzadlar»ın Araşdırma Qrupu  

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN