...Rusiya iqtisadiyyatı təhlükəli həddən artıq hala gətirilib və "qızdırmalı" xəstə vəziyyətindədir...
Tezadlar.az "The Economist"ə istinadla bildirir ki, öklə iqtisadiyyatı xilaskarını gözləyir, lakin çıxış yolu isə görünmü. Nəşr yazır ki, bu vəziyyət gələcəkdə daha ciddi problemlərə yol aça bilər. Sitat: "...Qərb iqtisadçılarının və siyasətçilərinin Ukraynaya genişmiqyaslı işğalın başlamasından sonra gözlənilən iqtisadi çöküşlə bağlı proqnozlarına baxmayaraq, Rusiya iqtisadiyyatı durğunluq dövrünü böyüməkdədir. Ölkədə tələbat artır, lakin təklif daralır, bu da xammal, kapital və işçi qüvvəsinin qiymətlərinin kəskin artmasına səbəb olur. Problemi kəskinləşdirən mühüm amil inflyasiyanın sürətlə artmasıdır. Noyabrda inflyasiya 7,5%-ə çatıb ki, bu da əvvəlki ayla müqayisədə daha bir bənd çoxdur. Hətta Mərkəzi Bankın faiz dərəcələrini yüksəltməsinə baxmayaraq, analitiklər inflyasiyanın artmaqda davam edəcəyini və bunun iqtisadiyyatın sabitliyi üçün ciddi təhlükəyə çevrilə biləcəyini proqnozlaşdırırlar. İşçi qüvvəsinin xaricə axını, xarici investorlar tərəfindən kapital çıxarılması, nominal əmək haqqının artması, eləcə də rekord səviyyədə aşağı işsizlik kimi müxtəlif amillər Rusiyanın iqtisadi sabitliyini daha da pozur".
Məqalədə Rusiya prezidenti Vladimir Putinin ölkənin iqtisadi problemlərini həll etmək istəməməsindən də bəhs edilir. "Hakimiyyət hərbi xərcləri ÜDM-in 6%-ə çatdırmağa çalışır ki, bu da SSRİ-nin dağılmasından bəri ən yüksək səviyyədir. Seçkilər ərəfəsində sosial ödənişlərdə də artım var ki, bu da inflyasiyanı sürətləndirə bilər", -deyə məqalə müəllifləri vurğulayırlar ki, iqtisadiyyatdakı qeyri-sabitlik Rusiya üçün ciddi çağırışa çevrilə bilər, lakin ölkə hakimiyyəti, onların fikrincə, bu problemlərin həllinə kifayət qədər maraq göstərmir. Çünki bütün diqqət hələki həlledilməz sayılan Ukrayna müharibəsidir...
A.Məmmədli