“Gürcüstanın taleyinin müzakirə olunduğu bir vaxtda siyasi intriqaların vaxtı deyil”.

Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla xəbər verir ki, bu sözləri üçüncü prezident Mixeil Saakaşvili prezident Salome Zurabişvilinin “Avropa üçün səsimiz” petisiyasını imzalayarkən deyib. Saakaşvili dördüncü prezident Giorgi Marqvelaşvilinin onun barəsində səsləndirdiyi fikirlərə də münasibət bildirib: "Prezident Marqvelaşvilinin prinsipial mövqeyini gördüm və buna görə çox minnətdaram. Qələbə koalisiyası - “Vahid Milli Hərəkat” (Salome Zurabişvilinin Orbeliyani sarayında təşkil etdiyi) ümumi yığıncaqda iştirak edir və imzaladığım petisiyanı onlara təqdim etmişəm. Putinin və onun Rusiya rejiminin şəxsi məhbusu, eyni zamanda Gürcüstanda ilk dəfə Avropa bayrağını dalğalandıran prezident kimi mən statusun verilməsinin zəruriliyinə əminəm. Qalanını Gürcüstanda görməliyik. Mən də Ukrayna ilə üzvlük danışıqlarının başlanmasının tərəfdarıyam. Rusiya rejimi məni nə qədər Avropaya doğru hərəkata verdiyim töhfədən məhrum etməyə çalışsa da, hamı yaxşı xatırlayır ki, mənim vaxtımda Gürcüstan üçlüyün lideri idi və indi biz geridə qalmışıq, Ukrayna bizi qabağa keçir".

Saakaşvilinin imzaladığı petisiyanı Orbeliyani sarayına “Milli Hərəkat” partiyasının üzvü Tina Bokuçava götürüb. 

xatırladaq ki, ölkə siyasiləri də bu qənaətdədir ki, prezident Saakaşvilini əfv etmək istəyir, amma...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN