"Bu gün Brüsseldə baş verənlər, Ukrayna xalqının mübarizəsi, fədakarlığı və 2 illik amansız müharibəsi olmasaydı, baş verməzdi".

Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla bildirir ki, bu sözləri Prezident Salome Zurabişvili Gürcüstana namizəd statusunun verilməsi ilə bağlı şərhində qeyd edib. Prezident administrasiyasında keçirilən brifinqdə Salome Zurabişvili qeyd edib ki, Gürcüstan vətəndaşları buna görə böyük minnətdarlıqlarını bildirməlidirlər. Sitat: “Ukrayna prezidenti Volodimir Zelenskiyə təşəkkür etmək istəyirəm. Bu sürətləndirilmiş proses, digər aspektlərdə biz buna tam layiqik, lakin bu gün Brüsseldə baş verənlər Ukrayna xalqının mübarizəsi, fədakarlığı və 2 illik amansız müharibəsi olmasaydı, baş verməzdi. Biz buna görə böyük minnətdarlığımızı bildirməliyik. Gürcü xalqına təşəkkür edirəm, çünki gürcü xalqı olmasaydı, bu, böyük nailiyyət olmazdı, bu, bizim hamımızın vahid nailiyyətidir, birlikdə olmasaydıq, heç vaxt heç nə əldə edə bilməzdik. Əvvəllər heç kim deyə bilməzdi ki, biz buna tezliklə nail olacağıq. Biz ümumiyyətlə çox şeyi xəyal edirik, lakin nailiyyətlər nə asanlıqla, nə də tez əldə edilir. Bu, çox böyük nailiyyətdir və biz bunu başa düşməli, dəyərləndirməli və sona qədər aparmalıyıq, bu o deməkdir ki, bizim hamımızın, bu gün buna birlikdə nail olduğumuzu deyənlərin üzərinə çox böyük məsuliyyət düşür”.

Dünən Avropa İttifaqı (Aİ) Şurası Gürcüstana namizəd statusunun verilməsi barədə qərar qəbul edib. Gürcüstanın baş naziri Qaribaşvili bu hadisəni milli mübarizə bayramı kimi xatırlayaraq xalqı Azadlıq meydanında bayram atəşfəşanlığına səsləyib...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN