"Qərb ölkələri Rusiya ilə ortaq dil tapmalı, bizi nəzərə almalı olacaqlar".

Tezadlar.az "Ria Novosti"yə istinadla xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin yerli mediaya müsahibəsində bildirib. Putin NATO-dan da danışıb və onu ABŞ-ın arxa bağçası adlandırıb: “ABŞ NATO-nun ağasıdır, bu, onların arxa bağçasıdır. ABŞ prezidenti Co Baydenin Rusiyanın NATO-ya hücum edə biləcəyi ilə bağlı bəyanatı mənasız və obrazlı söhbətdir". Onun sözlərinə görə, Rusiyanın Şimali Atlantika Alyansı ölkələri ilə heç bir problemi yoxdur və onlar Rusiya timsalında rəqibinin olmasını istəmədikləri üçün süni şəkildə problemlər yaradırlar: “Moskva dəfələrlə bəyan edib ki, NATO-nun məqsədi qarşıdurmadır. Onun daha da genişlənməsi Avropaya daha çox təhlükəsizlik gətirməyəcək”, - deyə Putin bildirib.
Putinin sözlərinə görə, Rusiya artıq 30 ildir ki, Avropada təhlükəsizlik prinsipləri ilə bağlı razılığa gəlməyə çalışır, lakin buna cavab olaraq yalanlar, yaxud təzyiq və şantaj cəhdləri eşidilir.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN