Qarabağdakı qondarma və keçmiş separatçı rejimin "məmur"ları Ermənistan Milli Təhlükəsizlik Xidmətinə çağrılıblar.

Bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Qeyd edilir ki, onların arasında keçmiş qondarma rejimin sabiq "dövlət naziri" Artak Beqlaryan, separatçı rejimin "rəhbərinin keçmiş müşaviri" Vladimir Qriqoryan, "parlamentin vitse-spikeri" Qaqik Baqunts da var.

Xatırladaq ki, Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə 19-20 sentyabr tarixlərində bölgədə lokal xarakterli antiterror tədbirləri zamanı Qarabağdakı məlum separatçı, quldur, qatil, xunta rejiminə birdəfəlik nöqtə qoydu.

28 sentyabr 2023-cü il tarixində qondarma rejimin qondarma "rəhbəri" Samvel Şahramanyan isə separatçı rejimin 1 yanvar 2024-cü il tarixindən özünü buraxmasını elan etdi.

Və bununla da Ermənistanın Azərbaycan torpaqlarında 30 illik işğalçılığına, quldurluğuna nöqtə qoyuldu.

Bu işğala rəvac verənlərin bir dəstəsi - David İşxanyan, Arayik Arutyunyan, Ruben Vardanyan, Davit Manukyan, Qarabağdakı keçmiş qondarma rejimin "xarici işlər naziri” David Babayan, Bako Saakyan, Lyova Mnatsakanyan, Arkadi Qukasyan isə qolu qandallı Bakıya gətirildilər. İndi onların öz əməlləri barədə düşünmələri üçün uzun müddət vaxtları olacaq. 

 Onu da qeyd edək ki, İşgəncələrə qarşı Azərbaycan Komitəsinin sədrinin müavini Elçin Şirinov ötən gün KİV-ə açıqlama verib.

Elçin Şirinov Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində saxlanılan separatçı rejimin rəhbərləri ilə görüşərkən Arayik Arutyunyan onlara bildirib ki, o özünü Azərbaycan vətəndaşı sayır.

Y.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN