Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistanın işğalı altındakı 8 kəndlə bağlı müzakirələr aparıldığını bildirib.
"Təzadlar"ın nazirin bu gün keçirdiyi mətbuat konfransında iştirak edən əməkdaşının verdiyi məlumata görə, C.Bayramov bu gün dekabrın 28-də ilin yekunlarına dair mətbuat konfransında onu da əlavə edib ki, bu məsələ ilə bağlı rəsmi İrəvanın da müəyyən iddiaları var: "Biz konkret yaşayış məntəqələrindən danışırıq. Bu yaşayış məntəqələrinin kimə aid olmasında kimdəsə şübhə yoxdur. Bizim mövqeyimiz ədalətlidir".
C.Bayramob bildirib ki, delimitasiya prosesi kifayət qədər spesifik və texniki məsələdir: "Sərhəd məsələsi delimitasiya prosesinin tərkib hissəsi olaraq həllini tapmalıdır. Azərbaycan sülh məsələsinin mümkün qədər tez həllini tapmasında maraqlıdır. Amma delimitasiya məsələsi daha uzun çəkə bilər".
Ermənistanın siyasi rəhbərliyinin 44 günlük Vətən müharibəsindən və 19-20 sentyabr 2023-cü il tarixlərdəki 24 saatlıq hərbi əməliyyatlardan sonra imzaladığı biabırçı təslimçilik aktının ardınca belə mövqe sərgiləməsi o deməkdir ki, Paşinyan hakimiyyəti daha bir 4 saatlıq hərbi əməliyyatlara hamilədir, bunu istəyirlər.
Olsun! 4 saatlıq hərbi əməliyyat Paşinyana qurbandır!
XALİQ