Sabirabad rayonu Məmişli kəndində azyaşlı övladını nikaha daxil olmağa məcbur edən ata polis əməkdaşları tərəfindən həbs edilib.

Daxili Işlər Nazirliyinin (DİN) mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, 1979-cu il təvəllüdlü Quliyev Mübariz Musa oğlu cinayət məsuliyyətinə cəlb edilib. Onun barəsində Cinayət Məcəlləsinin nikah yaşına çatmayan şəxsi nikaha daxil olmağa məcbur etmə maddəsi ilə polis şöbəsində cinayət işi qaldırılmaqla məhkəmə qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Rayon Polis Şöbəsində istintaq hərəkətləri davam etdirilir.

Dərs olacaqmı? Artıq son bir ayda 4-cü hadisədir ki, valideynlər azyaşlı qızları ərə verməyə cəhd edir? Bu qədər də gerizəkalılıq olarmı? Digər tərəfdən, bəs azyaşlı qızı almaq istəyən bəylər nə düşünürlər? 

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN