Bu gün İranın Kirman vilayətində baş verən partlayışlar nəticəsində ölənlərin sayı 103 nəfərə çatıb.

Tezadlar.az xatırladır ki, bu barədə ölkənin  İRNA agentliyi xəbər yayıb. Bildirilir ki, vilayətin fövqəladə hallar idarəsinin rəisi ölənlərin hazırkı durumda sayının 103, yaralı sayının isə 170 olduğunu deyib.
 İRNA-nın məlumatına görə, birinci partlayış Sepah-ın Qüds qolunun keçmiş komandanı general Qasim Süleymaninin məzarının 700 metrliyində, ikinci partlayış isə ziyarətgahın bir kilometrliyində, nəzarət-buraxılış məntəqəsi yaxınlığında qeydə alınıb. Kirman qubernatorunun təhlükəsizlik üzrə müavini partlayışların terror aktı olduğunu təsdiqləyib. Yaralananlardan bəzilərinin vəziyyəti ağır kimi qiymətləndirilir və ölü sayının artacağı ehtimalı var.

Ölkədə nümayişlər başladığı bildirilir. Partlayışa görə hələki hansısa qruplaşmanın adı çəkilmir. 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN