Harvard Universitetinin prezidenti Klaudin Qay təyinatından cəmi altı ay sonra elmi işində plagiat iddiaları ilə üz- üzə qalıb... Tezadlar.az CNN-ə istinadla bildirir ki, xanım prezident bu ittihamlarla razı olmayıb, lakin bunu özünə qarşı təhqir hesab edərək istefa vermək qərarına gəlib. Bu hadisə ABŞ- ın elm və təhsil ictimaiyyəti tərəfindən qəzəblə qarşılanıb... Lakin ABŞ mediası həm də yazır ki, xanım prezidentə qarşı ABŞ Konqresində təhsil müəssisəsində antisemitizm təzahürləri ilə bağlı olan dinləmələrdə onun uğursuz çıxışı da böyük rol oynayıb. “The Harvard Crimson” qəzeti yazır ki, rektor istefasını elektron poçtla elan edəcək. Universitetin rəhbər orqanlarından biri olan Harvard Korporasiyasının üzvlərindən universitet provostu Alan M. Qarberi universitetı müvəqqəti idarəçi kansler təyin edilib.  Qeyd olunur ki, cəmi üç həftə əvvəl Harvard Korporasiyasının üzvləri Konqresdə dinləmələrdən sonra yekdilliklə Geyə dəstək ifadə ediblər. Onun vəzifəyə başlamasından altı ay iki gün sonra istefa elan etməsi isə ciddi suallar yaradıb.  Bundan əvvəl isə Pensilvaniya Universitetinin rektoru Liz Magill İsrail əleyhinə etirazların artması fonunda istefa vermişdi.
XXX
Daha ciddi bir məqam: ABŞ mediasl onu da yazır ki, əslində, Harvard Universitetinin prezidenti Qay 2001-də yazdığı bir məqaləsində yarım səhifə plagiat etdiyi üçün istefa verib. Lakin bu 
qaradərili xanımı antisemitizmə görə işdən kənarlaşdırıblar. Plagiatı da onun gözünə qatıblar. Harvardın rəhbərlik şurası isə onu müdafiə edib. Yüzlərlə  professor onun işdən çıxarılmasına etiraz olaraq petisiya imzalayıblar. Onlar qaradərili xanımın özünə və prezidentliyinə qarşı bu hücumu söz azadlığına təhlükə kimi qiymətləndiriblər. 
Bu da ABŞ dünyasının dünyaya meydan oxuyan demokratiyası! Az qala iyirmi il əvvəl yazılmış elmi işdəki yarım səhifəlik plagiatın üstü niyə indi açılır? Sual budur...
A.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN