Aİ Şurasının sədri Çarlz Mişel iyunda keçiriləcək Avropa Parlamentinə seçkilərdə iştirak etmək niyyətində olduğu üçün istefa verə biləcəyini bildirib.

Tezadlar.az "Azadlıq" radiosuna istinadla bildirir ki, Mişel Belçikanın "De Standaard" qəzetinə müsahibəsində belə deyib. Sitat: “Mən 2024-cü ildə keçiriləcək Avropa Parlamentinə olacaq seçkilərində iştirak etmək qərarına gəldim”.
Mişel vəzifəsini vaxtından əvvəl tərk etmək və Avropa Parlamentinə seçkilərdə iştirak etmək üçün iyun ayında Belçikanın liberal partiyası MR - Mouvement Réformateur (İslahat Hərəkatı) ilə birləşmək niyyətində olduğunu da açıqladı. Elan edilən qərarla əlaqədar Mişel bu ilin sonunadək, yəni mandatı başa çatana qədər Avropa Şurasına sədrlik vəzifəsini tərk edəcək. O, deyib: “İyunun sonu və ya iyulun əvvəlində Avropa Şurası bunu qabaqcadan biləcək və bundan sonra müvafiq qərar qəbul ediləcək...".

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN