Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Milad bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib.
Tezadlar.az Mehriban Əliyevanın "X" səhifəsinə istinadla bildirir ki, bununla bağlı Birinci vitse-prezidentin rəsmi instaqram səhifəsindəki paylaşımda belə qeyd olunub: "Milad bayramı münasibətilə Azərbaycanın xristian icmasını səmimi-qəlbdən təbrik edir, bütün həmvətənlərimizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram".