Yanvarın 11-də Haaqa Beynəlxalq Məhkəməsi Cənubi Afrikanın İsrailə qarşı Qəzza zolağında soyqırım Konvensiyasını pozması iddiası üzrə dinləmələrə başlayıb.

Cənubi Afrika dekabrın 29-da BMT məhkəməsində İsrailə qarşı iddia qaldırıb.

İddia edilir ki, İsrailin Qəzza zolağında fələstinlilərə qarşı “hərəkət və hərəkətsizliyi”, xüsusən 7 oktyabr 2023-cü ildə HƏMAS-ın İsrail ərazisinə hücumundan sonra  “soyqırım xarakteri daşıyır”, “çünki onlar fələstinli milli, irqi və etnik qrupun böyük bir hissəsini məhv etməyə yönəlilblər”.

Cənubi Afrika hesab edir ki, İsrail hakimiyyəti BMT Baş Assambleyası tərəfindən 1948-ci ildə qəbul edilmiş soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması Konvensiyasından irəli gələn öhdəlikləri pozur.

Həmin sənəd İkinci Dünya Müharibəsindən sonra yəhudi xalqının soyqırımı fonunda hazırlanmışdır.

Sənədi Cənubi Afrika və İsrail də daxil olmaqla 150-dən çox ölkə ratifikasiya edib. Konvensiyanın 8-ci maddəsinə əsasən, hər bir tərəf soyqırım törətdiyinə inandığı başqa bir dövlətə qarşı şikayət verə bilər, hətta Cənubi Afrikada olduğu kimi münaqişə ilə birbaşa əlaqəsi olmasa belə.

İsrail Cənubi Afrikanın ittihamını qəti şəkildə rədd edib.

İsrail Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: “Belə bir bəyanatın heç bir faktiki və hüquqi əsası yoxdur və altı milyon yəhudinin öldürüldüyü yəhudi xalqının Holokostu nəticəsində yaranan soyqırım anlayışının rəzil və təhqiredici istismarıdır”.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN