Bir mahnıda belə deyilirdi: "Bu yollardan keçməz oldum..."
Bizim də bu yollardan keçməyimiz məsləhət deyil. Çünki artıq öyrəşdiyimiz kimi, Bakının bəzi yollarında tıxac yaranıb. Tezadlar.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla həmin siyahını təqdim edir. Nəzərə alın ki, siyahı sabitdir, dəyişəcəyinə güman azdır:
1. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində;
2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
3. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;
4. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
5. Neftçilər prospekti, Azneft dairəsi istiqamətində;
6. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;
7. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
8. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
9. Niyazi küçəsi, "İçərişəhər" metro stansiyası istiqamətində;
10. Babək prospekti, mərkəz istiqamətində;
11. Qara Qarayev prospekti, "Qara Qarayev" metro stansiyasından "Koroğlu" metro stansiyası istiqamətində;
12. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından "Koroğlu" metro stansiyası istiqamətində (dairəyə qədər);
13. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;
14. Ziya Bünyadov prospekti, "Çermet" körpüsü "20 Yanvar" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.