Ötən gün Rusiyanın Kursk vilayətinə Ukrayna dronları ilə hücum olub.
Tezadlar.az "Ria Novosti"yə istinadla bildirir ki, bölgənin rəhbəri Roman Starovoyt "Telegram" kanalında məlumat verib. O deyib ki, hücumu nəticəsində Kursk vilayətində neft bazası ərazisində yanğın baş verib. Sitat: "Kursk vilayətində Ukraynaya məxsus PUA-nın hücumu nəticəsində neft bazasında yanğın baş verib. İlkin məlumata görə, tələfat yoxdur. Hazırda hərbçilər təhlükəsizlik tədbirləri görür...". O, həm də deyib ki, Rusiyanın xüsusi xidmət orqanlarının yerində çalışdığını bildirib.