...İnsafla danışsaq, SOCAR prezidenti Rövşən Nəcəfi strukturda baş verən bütün problemlərə cavabdeh kimi görmək qəti doğru deyil. Çünki hər bir sahədə-istər dənizdə, istərsə də quruda neftçıxarmaya cavabdeh olan çoxsaylı idarələrin çoxsaylı da rəisləri var. Üstəlik, Rövşən nəcəfin 6-7 vitse-prezidentləri, sahələr üzrə müşavirləri və s. vardır. Hər birinin də aylıq əmək haqqı 10 mindən yuxarıdır. Biz hələ digər xidməti imtiyazları demirik.

Gəlirik mətləbə: NHMT-nin rəhbəri M.Qəhrəmanlının açıqlamasına görə, texniki təhlükəsizlik qaydalarının pozulması səbəbindən və əmək qanunvericiliyinin pozulması nəticəsində 2023-cü ildə ölkənin hasilat sənayesində 5 nəfər həlak olub, 27 işçi ciddi xəsarət alıb. Məlum olur ki, həlak olanlardan 1 nəfər «SOCAR-Petroleum» Qapalı Səhimdar Cəmiyyətinin (QSC-nin sədri Abdulla Tağıyev), 2 nəfər SOCAR-ın «Neftqaztikinti» trestinin, 2 nəfər SOCAR-ın «Azneft» İB-nin 2 saylı «İxtisasdırılmış Neft-Mədən Xüsusi Texnika» İdarəsinin, işçisi olub.

 Xəsarət alanlar isə bunlardır: Sitat: «11 nəfər SOCAR, 8 nəfər «Balaxanı» ƏŞ, 1 nəfər «Qarasu» ƏŞ («Global Energu Azerbaijan») , 1 nəfər «Salyanoyl» ƏŞ («GL» Şirkətlər Qrupu), 1 nəfər «Binəqədioyl» ƏŞ («Global Energu Azerbaijan»), 1 nəfər «Şirvanoyl» ƏŞ («Global Energu Azerbaijan»), 1 nəfər BP şirkətinin, 1 nəfər «Caspian Marine Services B.V» şirkətinin Azərbaycandakı filialnın, 1 nəfər «Tağıyev» ƏŞ («GL» Şirkətlər Qrupu), 1 nəfər isə Azərbaycan Neft və Qaz Sənayesi İşçilərinin Həmkarlar İttifaqının işçisi olub".

 Sual yaranır: məlumdur ki, həlak olan və yaralanan hər bir işçinin ailəsinə və ya özünə külli miqdarda kompensasiya verilir. Doğrudanmı iş yerində təhlükəsizlik qaydalarına riayət və ya nəzarət etmək bu qədər çətindir? Axı yuxarıda dedik, SOCAR-da bu sahəyə cavabdeh olan görün nə qədər məsul və yüksək vəzifəli şəxs var. Bəlkə Rövşən Nəcəf hər bir işçinin yanına kamera quraşdırıb nəzarəti şəxsən özü həyata keçirməlidir?!…

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
Min aya dəyən ömür
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN