Bu gün 22 fevral - yollarımızın banisi və müasir standartlara uyğun qurucusu olan Avtomobil yolları işçilərinin peşə bayramıdır...

Bu gün bu əlamətdar gün münasibətilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov və agentliyin kollektivi Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. Sonra görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.       

 Bundan sonra isə  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin kollektivi Şəhidlər xiyabanına gələrək ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş Vətən övladlarının xatirəsini ehtiramla yad etdilər, “Əbədi məşəl” abidəsinin önünə əklil qoydular.  

 Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci il fevralın 20-də imzaladığı “Azərbaycan Respublikası avtomobil yol işçilərinin peşə bayramının təsis edilməsi haqqında ” Sərəncamından sonra hər il bu tarix avtomobil yolları işçilərinin peşə bayramı kimi qeyd olunur.

Bu gün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin kollektivi həm də Qarabağda möhtəşəm yol layihələrinə imza atır. Bu yollar həm də Azərbaycanı dünya ilə təmaslandırır, gələcəyimizə uzanan bağlantılara çevrilir...

Bu günümüzü gələcəyimizlə birləşdirən yollarımızın qurucularını- Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin kollektivini peşə bayramı münasibətilə təbrik edir, daha böyük uğurlar arzulayırıq!

A.Məmmədli

520a06941708588580

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN