Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq və İsveçrənin Nyon şəhərində gerçəkləşəcək mərasimdə "Qarabağ"ın rəqibi müəyyən olunacaq...

 Beləliklə, ehtimal edilən rəqiblər bunlardır:  “Vest Hem”, “Brayton”, “Liverpul” (hamısı İngiltərə), “Reyncers” (Şotlandiya), “Atalanta” (İtaliya), “Vilyarreal” (İspaniya), “Slaviya” (Çexiya) və “Bayer 04”dür (Almaniya).

 Amma qaydalara görə, “Qarabağ” ilk oyunu Bakıda keçirəcək.

Səpələnmişlər: "Atalanta" (İtaliya), "Brayton" (İngiltərə), "Bayer 04" (Almaniya), "Liverpul" (İngiltərə), "Reyncers" (Şotlandiya), "Slaviya" (Çexiya), "Vilyarreal" (İspaniya), "Vest Hem" (İngiltərə).

Səpələnməmişlər: "Milan" (İtaliya), "Benfika" (Portuqaliya), "Frayburq" (Almaniya), "Marsel" (Fransa), "Qarabağ" (Azərbaycan), "Roma" (İtaliya), "Sparta" (Çexiya), "Sportinq" (Portuqaliya).

Qeyd edək ki, bu raundun ilk matçları martın 7-də, cavab görüşləri isə 14-də gerçəkləşəcək.

"Qarabağ"a inanır və uğurlar arzu edirik... Dünənki oyunda bir oyunçu itkisi ilə və qərəzli hakimin idarəçiliyi ilə qələbə qazana bilən komanda niyə də bu cür qələbələri davam etdirməsin!

A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN