Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin 3 №-li kitabxana filialı və Mərkəzi Kitabxana kitabxanada həyata keçirilən “Yubileylər silsiləsi” layihəsi çərçivəsində fizika-riyaziyyat elmləri doktoru,

akademik, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, Azərbaycan Milli Aviasiya Akademiyasının rektoru Arif Mir Cəlal oğlu Paşayevin 90 illik yubileyi ilə əlaqədar tədbir keçirdilər. Tezadlar.az bildirir ki, tədbirdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecinin tələbələri, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun şöbə müdiri, oxucular və kitabxanaçılar iştirak etdilər. Tədbiri giriş sözü ilə 3 №-li kitabxana filialının müdiri Arzu Xudayarova açaraq tədbir iştirakçılarını salamladı və Azərbaycanda elmin, təhsilin inkişafında yüksək xidmətləri olan akademik Arif Paşayevin elmi fəaliyyəti haqqında məlumat verdi.

Metodika və biblioqrafiya şöbəsinin müdiri Aysel Həsənova çıxışında akademikin 30-dan artıq kitab və monoqrafiyanın müəllifi olduğunu, 60-dan çox ixtira üçün müəllif şəhadətnaməsi aldığını qeyd etdi. Akademik Arif Paşayevin əldə etdiyi elmi nəticələrin bir çoxu ixtira səviyyəsində işlənib, onlar beynəlxalq sərgi və müsabiqələrdə medal və diplomlarla təltif olunmuşdur. O qeyd etdi ki, akademik A.Paşayev Azərbaycan SSRi Dövlət mükafatı laureatı, "Şöhrət", "Şərəf", "İstiqlal" ordenləri ilə təltif olunmuşdur.

 arif-yas

Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Əbülfət Cavadov akademik Arif Paşayevin ilk dəfə yarımkeçirici materialların parametrlərinin kontaktsız ölçülməsi üsullarının elmi əsaslarını işlədiyini və bu üsulları reallaşdıran elmi cihazlar yaratdığı haqqında məlumat verdi.

Mərkəzləşdirilmiş mühasibatlığın baş mühasibi Elxan Ağasıyev çıxışında akademikin fəaliyyətindən məlumat verdi. O qeyd etdi ki, Arif Paşayev elmi tədqiqatlarının əhatə dairəsini daim genişləndirib, bir-birindən dəyərli nailiyyətlərə imza atıb və bu işi davam edir. Tədbirdə çıxış edən İnşaat Kollecinin tələbələri Gülay Məmmədova, Maarif Şirinov, İlkin Cəlilov, Elxan Ağasıyev, Aidə Nəzərli, Araz Qənbərli, Nərmin Priverdizadə alimin fizika elminin inkişafında göstərdiyi xidmətlər, elmin aktual problemlərinə dair tədqiqatları və nailiyyətləri haqqında məlumat verdilər.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN