...Yanacağa qaz və ya kondensat qatıldığını eşitmişdik, amma su qatıldığını bilmirdik...

SOCAR- IN "Azneft" İstehsalat Birliyinin kran sürücüsü Əsgər Quliyevin "Təzadlar"ın elektron poçtuna göndərdiyi məktubu diqqətimizi çəkdi. Onunla telefon əlaqəsi saxladıq və Ə.Quliyev geniş müsahibə verdi.... Bu barədə az sonra. Şikayət məktubunu kiçik ixtisar və düzəlişlə təqdim edirik (Ə.Quliyev bu şikayətini az fərqli formada özünün sosial media platformasında yayımlayıb): "...Hörmətli redaksiya! Mən şəxsən hal - hazırda Çilov adasında birbaşa yanacaqla əlaqədar əziyyət çəkən işçilərdən biri kimi bildirirəm ki, bura gələn dizel yanacağın 0,5 litrdə 6,3 % su aşkar edilib. Laboratoriyada analizi aparılıb və fakt təsdiqini tapıb. Hansı ki, bu yanacaq kranın bütün yanacaq sistemini məhv etmişdir və yanacağa baxan məsul şəxs və bütün rəhbərlik kreslosunda oturub maaş alır, mənim kimi fəhlə təbəqəsi isə boşdayanma alır. Hansı ki, ranın boşdayanmasına baiskar onlar və bizə göndərdikləri yanacaqdır. Çox istərdim ki, səbəbini "SOCAR petrolium"un direktoru hörmətli Abdulla Tağıyev izah etsin. Mənim və mənim dəstə rəisimin bu boşdayanmada günahı nədir? Biz neftayırma gücünə qadirikmi? Niyə kimsə cəzalanmır? Yanacaq göndərən, yanacaq qəbul edən, yanacağı texnikaya yönləndirən məmurlar, hamı normal maaş alır, bizim kimi operator, maşinist isə dilənçi kimi əmək haqqı dilənir, boş dayanma pulu alır. Niyə??? Budurmu SOCAR-da ədalət? Hörmətli redaksiya, obyektivliyinizə inanıram və xahiş edirəm, bu şikayəti ictimailəşdirin, cənab Prezident İlham Əliyevə ünvanlayın, cənab prezident görsünlər ki, "SOCAR petrolium"da nə baş verir... Cənab SOCAR rəhbəri Rövşən Nəcəfin də məsələyə müdaxiləsini, bu cür problemlərə əncam çəkilməsini xahiş edirəm...".

Redaksiyadan: şikayətçinin məktubunu və təqdim etdiyi zəruri sübutları "SOCAR petrolium"un mətbuat xidmətinə göndərdik. "Media haqqında" Qanunun tələblərinə uyğun olaraq araşdırılıb cavab verilməsini xahiş etmişik...

"Təzadlar" 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN