Prezident Salome Zurabişvili parlamentin “Seçki Məcəlləsi”ndə qəbul etdiyi dəyişikliklərə veto qoyub.

Tezadlar.az Gürcüstan Prezident Administrasiyasına istinadla bildirir ki, bu barədə Prezident Administrasiyası məlumat yayıb. Zurabişvilinin açıqlamasına görə, MSK-ya yüksək etimadın təmin edilməsi üçün müxalifət partiyaları tərəfindən təyin olunan sədr müavininin saxlanılması vacibdir. O, parlamentə digər əsaslandırılmış iradlarını da göndərib. “Gürcüstan prezidenti əsaslandırılmış iradlarla parlamentə təklif edir ki, MSK sədrinin və peşəkar üzvlərin seçilməsi üçün (İctimai seçkilərdə müəyyən edildiyi kimi) 3\5 səs çoxluğu müəyyən edilsin. Müdafiəçi və namizəd 3/5 səs çoxluğunun səsini almazsa, 1/2 səs çoxluğu ilə namizəd 6 ay müddətinə seçiləcək. Qeyd edək ki, Parlament fevralın 20-də dəyişiklikləri üçüncü oxunuşda 81 səs çoxluğu ilə qəbul edib.

 Qəbul edilmiş qanuna görə, MSK sədri və Peşəkar üzvlərin seçilməsi proseduru və kvorum yenidən dəyişdirilib. Bundan başqa, müxalifətin kvotasını təmsil edən MSK sədrinin müavini vəzifəsi də ləğv edilib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN