Martın 5-də Bakıda Azərbaycanın iki kinematoqrafçılar ittifaqının birgə konfransı keçirilib.

Tezadlar.az- açıqlama verən tanınmış yazıçı- publisist Akif Əli bildirdi ki, konfransda İştirakçılar iki ittifaqın vahid Azərbaycan Kinematoqrafçılar İttifaqında birləşməsi haqqında qərar qəbul ediblər. İttifaqın yeni rəhbəri isə xalq artisti Rasim Balayev olub. Azərbaycan Kinematoqrafçılar İttifaqı 1963-cü ildə yaradılıb, son illər quruma Rüstəm İbrahimbəyov rəhbərlik edirdi. Onun hökumətlə münasibətləri pozulduqdan sonra hakimiyyət 2012-ci ildə Şəfiqə Məmmədovanın rəhbərlik etdiyi alternativ Kinematoqrafçılar İttifaqını yaradıb. 2023-cü ildə Rüstəm İbrahimbəyov vəfat etdikdən sonra iki ittifaqın birləşməsi vaxt məsələsi idi.

Rasim Balayevi təbrik edir və arzulayırıq ki, yeni rəhbərliyi dövründə teleseriallarla gözdən salınmış və hörmətdən düşmüş kino sənətimizi ayağa qaldıra bilsin...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN