“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib. Bu barədə "Təzadlar"a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib...

Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyevin əmri ilə TƏBİB-in İdarə Heyətinin sədri vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti Vüqar Cavanşir oğlu Qurbanova verilib. O hazırda Agentliyin Tibbi iddialar departamentinin rəhbəri vəzifələrini icra edir.
Qeyd edək ki, TƏBİB-in əsas vəzifəsi tibb müəssisələrinin fəaliyyətini icbari tibbi sığorta sisteminin tələblərinə uyğun formalaşdırmaq, tabeliyində olan tibb müəssisələrində əhalinin sağlamlığının qorunması üçün tibbi xidmətlərin təşkilini təmin etmək və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görməkdir. Lakin son bir ildə Ramin Bayramlının fəaliyyəti ciddi tənqid edilib... "Təzadlar"da da konkret fakt və şikayətlər əsasında tənqidi yazılar çap edilib.
Bəs görəsən bu vəzifə dəyişikliyi bu sahədə yol verilmiş nöqsanların aradan qaldırılmasına necə təsir edəcək? Necə deyərlər, yaşayarıq, görərik...
A.Məmmədli
Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN