Ramin Bayramlının müəmmalı istefası ətrafında şaiyələr davam edir...
Bu gün isə məlum oldu ki, artıq onun vəzifəsini icra edəcək şəxsin adı bəllidir... Belə ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyevin əmri ilə TƏBİB-in İdarə Heyətinin sədri vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti Vüqar Qurbanova verilib. Bu barədə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, o, hazırda Agentliyin Tibbi iddialar departamentinin rəhbəri vəzifələrini icra edir.
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib. Lakin koronavirus pandemiyası ilə bağlı yaranmış problemlərə görə o, mediada daim tənqid edilib...
A.Məmmədli