Rusiya prezidenti Vladimir Putin bu gün avqustun 7-də hökumətin təcili iclasında Ukraynanın Kursk vilayətini atəşə tutması iddiasına münasibət bildirib...

Putin bütün bunları Ukraynanın “təxribat”ı adlandırıb və regionda baş verənlərlə bağlı təhlükəsizlik qüvvələri ilə görüş keçirəcəyini bildirib. Tezadlar.az RİA Novosti-yə istinadla onu da qeyd edir lki, Putin bölgədəki hadisələrin Ukrayna tərəfindən “təxribat” olmasından da danışıb. Onun sözlərinə görə, müxtəlif növ silahlardan, o cümlədən raketlərdən atəşlər səngimir. Sitat: “Görüşümüzdən dərhal sonra mənim hüquq-mühafizə orqanlarının, Müdafiə Nazirliyinin, Baş Qərargahın, FSB-nin rəhbərləri ilə görüşüm olacaq, mən Federal Təhlükəsizlik Xidmətinin nəzarətdə saxladığı sərhədyanı əraziləri nəzərdə tuturam və nə etmək lazımdır, bu barədə təklifləri eşidəcəm. Kursk vilayətində baş verənlərlə bağlı ciddi hesabat tələb edəcəm".

Maraqlıdır ki, Ukrayna tərəfi hələki Kurskda baş verənlərə münasibət bildirmir. Zelenskinin isə əhvalı yaxşıdır, sosial media yazır.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN