Artıq sirr deyil ki, İsrailin Müdafiə Qüvvələri HƏMAS-ın Siyasi Bürosunun yeni rəhbəri Yəhya Sinvarı məhv etmək niyyətindədir.

Tezadlar.az CNN- Türk-ə istinadla  xəbər verir ki, bunu İsrail Ordusunun Baş Qərargah rəisi Herzi Halevi bildirib. O, Sinvarın yeni rütbə aldığını xatırladıb: “Rütbəsinin dəyişdirilməsi onun arxasınca getməyimizə mane olmayacaq. Bu, bizi motivasiya edir. Yəhya Sinvarı tapmaq üçün səy göstərəcəyik ki, o, hədəfə çevrilsin və onlar (HƏMAS - Qeyd) yenidən Siyasi Büronun rəhbərini dəyişsinlər. Bütövlükdə son həftələrdə çox mühüm əməliyyatlar həyata keçirmişik. Ən problemli düşmənlərimizin yüksək səviyyəli komandirlərini məhv etmişik və biz dayanmayacağıq”.

HƏMAS-ın Siyasi Bürosunun keçmiş rəhbəri İsmayıl Haniyə İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirakdan sonra İsrailin onun Tehrandakı iqamətgahına endirdiyi zərbə nəticəsində öldürülüb.

Bölgədə qarşıdurma və müharibə ab- havası isə səngimir.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN