Ötən gecə Moskva vilayətinin Ramenskoye rayonuna dron hücumu zamanı iki yaşayış binasında yanğın olub...

Tezadlar.az “Ria Novosti"yə istinadla bildirir ki, Moskva vilayətinin qubernatoru Andrey Vorobyevin bu barədə danışıb. O deyib ki, Ukraynaya məxsus pilotsuz təyyarənin Ramenskoyedəki yaşayış binasına çırpılması nəticəsində 11-12-ci mərtəblərdəki evlərdə yanğın baş verib, 46 yaşlı qadın ölüb. PUA-lardan biri isə Vısokovoltnaya küçəsindəki binaya çırpılıb. Hadisələr zamanı 3 nəfər yaralanıb. Qubernator onu da bildirib ki, ümumilikdə bu gecə hava hücumundan müdafiə qüvvələri Podolsk, Ramenskoye, Lyubertsı, Domodedovo və Kolomna şəhər rayonlarında 14 pilotsuz uçuş aparatı vurub.

Ukrayna mediası isə məlumat yayıb ki, ölkənin Müdafiə Nazirliyi ABŞ- dan alınan raketlərlə Moskvaya hücuma hazırlaşır...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN