Ukrayna ilə Gürcüstan arasında qalmaqal yaşanmaqdadır...
Ukrayna müvəqqəti işlər vəkilini geri çağırıb. Baş nazir İrakli Kobaxidze isə Ukraynanın ölkəmizdəki müvəqqəti işlər vəkilinin geri çağırılmasına münasibət bildirib. Tezadlar.az xəbər verir ki, hökumət başçısı Kiyevin addımının siyasi motivli olmadığını qeyd edib. O əlavə edib ki, bu qərar Ukrayna səfirliyinin nümayəndəsinin məişət əşyaları satın alması ilə əlaqədardır və Ukrayna hökuməti müharibə dövründə belə satınalmanı yersiz hesab edib.
Baş nazir qeyd edib ki, bu qərar 2022-ci ildə səfirin siyasi motivlə geri çağırılması ilə eyni xarakter daşımır. Qeyd edək ki, Ukrayna XİN başçısı Andrey Sibiqa Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkili Mixaylo Karişini geri çağırıb. Ukraynalı nazir bu barədə “Facebook” paylaşımında bildirib.