Alimlər çərşənbə axşam Yerdə maqnit qasırğasının başlanacağını proqnozlaşdırıblar.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu (REA KTİ) və REA-nın Sibir bölməsinin Günəş-Yer Fizikası İnstitutunun  Günəş Astronomiya Laboratoriyasının saytında məlumat verilib.

“Sentyabrın 10-u axşam saatlarında 5 ballıq şkala üzrə G1-G2 səviyyəli qasırğalar proqnozlaşdırılır”, - məlumatda deyilir.

Laboratoriyanın saytındakı məlumata görə, sentyabrın 7-də  günəşin görünən tərəfində planetə təsir edə biləcək böyük miqdarda plazma emissiyası atılıb.

Bundan əlavə, sentyabrın 9-da "böyük həcmdə plazma atıldı", "bu dəfə görünür birbaşa Yer istiqamətində".

Qeyd edək ki, BDU-nun Astrofizika kafedrasından verilən məlumatda da bildirilir ki, Günəş aktivliyinin səviyyəsi artıb.

Məlumata görə, sentyabrın 10-u saat 17:00 radələrindən başlayaraq geomaqnit qasırğa G1 (mülayim) səviyyəsinə yüksələcək: 

“Sentyabrın 10-u gecə və 11-i səhər saat 06:00 radələrində G2 (orta) səviyyədə olacaq. Sentyabrın 11-i saat 13:00 radələrindən başlayaraq geomaqnit sahə normal fon səviyyəsinə düşəcək. Geomaqnit qasırğa daha çox yüksək coğrafi enliklərdə müşahidə olunacaq. Orta coğrafi enliklərdə isə mülayim olaraq hiss ediləcək”.

 

 

JASMİN

 

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN