Məlum olur ki, Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin və bir neçə hərbi hissənin maliyyə-xidmət rəisi işləmiş Sadiq Hacıyev barəsində olan hökmdən apellyasiya şikayəti veribmiş...


Bakı Apellyasiya Məhkəməsində hakim Fərid Əyyubovun sədrliyi ilə keçirilən prosesdə Bakı Hərbi Məhkəməsinin qərarı qüvvədə saxlanılıb. Bakı Hərbi Məhkəməsinin hökmü ilə Sadıq Hacıyev 11 il müddətində azadlıqdan mərhum edilib.


Sən demə, Sadiq Hacıyev 1.5 milyon manat mənimsəmədə ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib. O Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general Nizami Məmmədov və digərləri barəsində olan 143 milyon manatlıq mənimsəmə ilə bağlı keçirilən məhkəmədə şahid qismində dindirilib. S.Hacıyev deyib ki, işlədiyi müddətdə maliyyə hesabına köçürülən şişirdilmiş məbləğlərin 40 faizini özünə götürüb, 60 faizini isə rəhbərliyə verib. O, qanunsuz tapşırıqları da işlədiyi hərbi hissənin tabe olduğu korpusun maliyyə şöbəsinin rəisindən aldığını etiraf edib.

Bu da dövlət büdcəsini talamağın sonu. Üstəlik, ölkənin müdafiə qabiliyyəti ilə bağlı vəsaitin oğurlanmasının cəzası daha ağır olmalı idi...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN