Xəbər verdiyimiz kimi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası iki gün əvvəl 119 saylı Ağdam Seçki Dairəsindən deputatlığa namizəd Asif Məmmədovun (Asif Mərzili) Mərkəzi Seçki Komissiyasının 38/-193№-li, 09.09.2024-cü il tarixli qərarından verdiyi şikayətinə baxıb...
Hakim Günel Abbasovanın sədrliyi ilə keçiriləcək məhkəmə iclasında Mərkəzi Seçki Komissiyasının 38/-193№-li, 09.09.2024-cü il tarixli qərarının əsassızlığı müzakirə edilib. Lakin hakimlər kollegiyası deputatlığa namizədin 21 avqust tarixli şikayətinin nəticəsini deyil, bu şikayətə 5 sentyabr tarixində əlavə verilmiş sübutları əsas gətirərək Azərbaycan Seçki Məcəlləsinin 112-ci və 112.1, eləcə də 112-1.14.1-ci maddələrinin pozisiyasını müzakirəyə çıxarmışdır. Hansı ki, deputatlığa namizəd 119 saylı Ağdam Seçki Dairəsində digər namizəd Bəxtiyar Həmzə oğlu Əliyevin xeyrinə edilmiş ciddi qanun pozuntuları ilə bağlı verdiyi şikayətinin geri qaytarılması barədə MSK-nın 09.09.2024-cü il tarixdə qəbul etdiyi 38-193 saylı Qərarını tamamilə qanunsuz və əsassız hesab edib. Asif Mərzilinin şərhində deyilir: "Seçki Məcəlləsinin 112-ci maddəsi seçki pozuntuları ilə bağlı şikayətin 3 gün ərzində verilməsini əsas tutur. Məhkəməyə təqdim etdiyim sənədlər təsdiq edir ki, Mərkəzi Seçki Komissiyasına 21 avqust 2024-cü il tarixdə göndərdiyim rəsmi şikayət ərizəm 34 saylı müraciət qrifi ilə 28 avqust 2024-cü il tarixdə MSK-nın katibliyində baxılıb müzakirə edilmiş, MSK-nın eksperti İlkin Şahbazov tərəfindən rəy hazırlanmış, MSK təcili və təsirli tədbir görmək əvəzinə, şikayəti tədbir görülməsi üçün Ağdam 119 saylı Dairə Seçki Komissiyasının sədri Sahil Allahverən oğlu Əliyevə göndərmişdir. “Vətəndaşların müraciətləri haqqında" AZƏRBAYCAN RESPUBLİKASI QANUNUnun 7-ci maddəsində deyilir: "7.13. Vətəndaşların müraciətlərini aidiyyəti üzrə baxılmaq üçün qanunazidd hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən müraciətə baxan subyektə və ya onun vəzifəli şəxslərinə göndərmək qadağandır".
Şikayətin məzmunu bu idi ki, Bəxtiyar Əliyev Seçki Məcəlləsinin tələblərini kobud surətdə pozaraq Ağdam rayon İcra Hakimiyyətin rəhbərliyini (başçının 1 müavini Allahverən Əliyevi və digər rəsmi şəxsləri) özünün seçki təbliğatına cəlb etmişdir. Bu isə kobud seçki saxtakarlığıdır, onun namizədliyi dərhal ləğv edilməli idi.
Yəni, MSK rəhbərliyi qanunun yuxarıdakı maddəsini pozmuşdur. Həmin şikayətimlə bağlı Baş Prokurorluq da MSKrəhbərliyinə 21 avqust tarixli şikayətimdə qeyd edilən xüsusatları araşdırıb qanuni tədbir görməyi tapşırmışdır... Mən, həmçinin MSK-nın elektron poçtuna həmin günlərdə dəfələrlə rəsmi şikayətlər göndərmişəm (elektron sistemdən təqdim edilir). Eləcə də videogörüntü ilə canlı çıxış edərək sosial media üzərindən baş verən qanunsuzluqları MSK sədri Məzahir Pənahova müraciətlə onun diqqətinə çatdırmışam, tədbir görməsini xahiş etmişəm(videolinklər təqdim olunur). Bütün bu sadaladıqlarım bir daha sübut edir ki, MSK rəhbərliyi 21 avqust 2024-cü il tarixli şikayətimlə bağlı ciddi tədbir görsəydi, sonradan digər qanunsuzluqlar baş verməzdi. Beləliklə, mən qanunvericiliyin tələblərinə uyğun olaraq vaxtında və operativ surətdə seçki saxtakarlığı ilə bağlı yazılı və elektron qaydada Mərkəzi Seçki Komissiyasına şikayətlər təqdim etmişəm. MCK-nın eksperti Fuad Cavadov isə əsassız və qanunsuz olaraq 21 avqust 2024-cü il tarixdə verdiyim şikayətimi deyil, 6 sentyabr 2024-cü ildə təqdim etdiyim əlavə şikayətimi əsas götürməklə şikayət vermə müddətini itirdiyimi bəhanələmişdir... Odur ki, məhkəmə MSK-nın məlum qərarını ləğv etməli idi. Lakin əksinə edildi, məhkəmə Mülki-Prosessual Məcəllənin, eləcə də İnzibati- Prosessual Məcəllənin tələblərini kobud surətdə pozaraq qanunsuz qərar qəbul etdi... Bu gün həmin qanunsuz qərardan Ali Məhkəmənin İnzibati Kollegiyasına kassasiya şikayəti vermişəm.".
Deputatlığa namizəd, Avropa Mətbuat Federasiyasının üzvü Asif Mərzili onu da xatırlatdı ki, 119 saylı Ağdam Seçki Dairəsində baş vermiş eyni seçki saxtakarlığı 2005- ci ildə Bəxtiyar Sadıqovun xeyrinə olmuşdu deyə, sübutları toplayıb Konstitusiya Məhkəməsinə təqdim etdik və Bəxtiyar Sadıqovun xeyrinə saxtalaşdırılmış nəticələr ləğv edildi, 6 aydan sonra təkrar seçkiyə gedildi... Hazırda isə əlimizdə Bəxtiyar Əliyevin xeyrinə saxtalaşdırılmış ilkin nəticələrin qanunsuzluğunu sübut edən 130 videokadrlar, çoxsaylı foto və sənədlər vardır. Hamısını aidiyyəti üzrə təqdim edəcəyik...".
Elçin MƏMMƏDLİ