"Rusiya aylardır Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində əməliyyat keçirəcəyini gözləyir və buna hazırlaşır"
Tezadlar.az “The Guardian”a istinadla bildirir ki, Ukrayna ordusunun bölgədəki tərk edilmiş Rusiya mövqelərini ələ keçirdiyinə dair sənədlər var. Nəşr bu sənədlərə istinadən yazır ki, Rusiya hərbi komandanlığı Ukraynanın Rusiya Federasiyasının Kursk vilayətində əməliyyata başlaya biləcəyini güman edir və bir neçə ay ərzində bunun qarşısını almaq üçün planlar hazırlayıb. Nəşr onu da yazır ki, jurnalistlər avqustun sonunda Rusiya sənədlərini ələ keçirən Ukrayna xüsusi təyinatlıları ilə görüşüblər. Kursk vilayətindəki binalardan ələ keçirilənlər arasında Rusiya Daxili İşlər Nazirliyi, FSB və Rusiya Müdafiə Nazirliyinə aid mühüm sənədlər də var. Jurnalistlərin onlara baxmaq və fotoşəkil çəkdirmək imkanı olub.
Nəşr qeyd edir ki, o, sənədlərin həqiqiliyini müstəqil şəkildə yoxlaya bilməyib. Bu Rusiya sənədlərində Ukraynanın mümkün hücumu ilə bağlı aylarla xəbərdarlıqlar var və həmçinin Rusiya hərbçilərinin əhval-ruhiyyəsi ilə bağlı narahatlıqlar yer alıb. Sənədlərin bəziləri müxtəlif bölmələrə göndərilən çap sifarişləri, digərləri isə konkret baş verən hadisələri və problemləri qeyd edən əlyazma jurnallarıdır. Ən erkən qeydlər 2023-cü ilin sonlarına, ən son sənədlər isə Ukraynanın 2024-cü ilin avqustun 6-da Kursk bölgəsinə hücuma başlamasından cəmi altı həftə əvvələ aiddir. Sənədlər əsasən Rusiya Silahlı Qüvvələrinin 488-ci Qvardiya motoatıcı alayının bölmələrindən, xüsusən də onun 17-ci batalyonunun ikinci dəstəsinə aiddir. Sitat: "Ukraynanın Kursk bölgəsinə doğru irəliləməsi Kiyevin qərb tərəfdaşlarını və Ukrayna elitasının bir çoxunu təəccübləndirdi, çünki əməliyyatın planlaşdırılmasında çox az adam iştirak edirdi. Lakin Rusiya hərbi sənədlərində bölgəyə mümkün müdaxilə və hücum cəhdi barədə aylarla xəbərdarlıqlar olub ki, bir aydan artıqdır ki, Ukraynanın nəzarətində olan 5 min əhalisi olan Sudja şəhərini dərhal ələ keçirmək lazımdır...”.
Müharibə isə dayanmaq bilmir...
A.Məmmədli